Axar.az saytına istinadən Icma.az xəbər verir. Bir müddətdir ki, rəsmi Bakı və Kreml arasında münasibətlərdə soyuqluq müşahidə olunur.
Məhsullarımızın Rusiya bazarına buraxılmaması, miqrantlara qarşı sərt yanaşmalar və müxtəlif siyasi mesajlar bu xətti daha da gücləndirir.
Baş verənlər iki ölkə arasında etimadın zəiflədiyini göstərir və gələcək mərhələdə yeni risklərin yaranacağı ehtimalını artırır.
Bu gərginlik Azərbaycana iqtisadi və siyasi baxımdan nə vəd edir? Rusiya bu münasibətləri hansı istiqamətə yönəltmək istəyir?
Axar.az xəbər verir ki, sabiq deputat Vahid Əhmədov Globalinfo.az-a açıqlamasında iki ölkə arasında münasibətlərin gərginləşməsinin bir neçə səbəbi olduğunu bildirib.
“Birincisi, Rusiya hələ də hegemon siyasətindən əl çəkmir. Baxmayaraq ki, Ukrayna ilə müharibədə vəziyyətləri ürəkaçan deyil, amma Azərbayca
Gərginliyin əsas səbəblərindən biri də AZAL təyyarəsinin vurulması, hər hansı izahat və kompensasiyanın verilməməsidir.
Dövlət başçısı və hökumət məsələni gündəmə gətirsə də, Bakının tələbləri yerinə yetirilmədi. Əvəzində, hələ istintaq getdiyini bildirirlər.