Icma.az
close
up
RU
Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı

Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Bir müddətdir ki, rəsmi Bakı və Kreml arasında münasibətlərdə soyuqluq müşahidə olunur. Məhsullarımızın Rusiya bazarına buraxılmaması, miqrantlara qarşı sərt yanaşmalar və müxtəlif siyasi mesajlar bu xətti daha da gücləndirir. Baş verənlər iki ölkə arasında etimadın zəiflədiyini göstərir və gələcək mərhələdə yeni risklərin yaranacağı ehtimalını artırır.

Bu gərginlik Azərbaycana iqtisadi və siyasi baxımdan nə vəd edir? Rusiya bu münasibətləri hansı istiqamətə yönəltmək istəyir?

Axar.az xəbər verir ki, sabiq deputat Vahid Əhmədov Globalinfo.az-a açıqlamasında iki ölkə arasında münasibətlərin gərginləşməsinin bir neçə səbəbi olduğunu bildirib.

“Birincisi, Rusiya hələ də hegemon siyasətindən əl çəkmir. Baxmayaraq ki, Ukrayna ilə müharibədə vəziyyətləri ürəkaçan deyil, amma Azərbaycana münasibətdə də sərt davranmağa davam edirlər. Gərginliyin əsas səbəblərindən biri də AZAL təyyarəsinin vurulması, hər hansı izahat və kompensasiyanın verilməməsidir. Dövlət başçısı və hökumət məsələni gündəmə gətirsə də, Bakının tələbləri yerinə yetirilmədi. Əvəzində, hələ istintaq getdiyini bildirirlər. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda açıq şəkildə bildirdi ki, lazımi sənədlər hazırlanıb beynəlxalq hüquq-mühafizə orqanlarına təqdim olunacaq. Bundan sonra Kremlin mətbuat katibi Dmitri Peskov istintaqın yekununu gözlədiklərini açıqladı. Məsələ getdikcə daha ciddi xarakter alır”.

V.Əhmədov Rusiya tərəfinin davranışlarını siyasi təzyiq kimi dəyərləndirir:

“Rusiyaya qarşı çoxdan sərt mövqe nümayiş etdirmək lazım idi. İndi isə bu münasibətlərin nəticəsi kimi soydaşlarımıza təzyiqlər artır. Yekaterinburqda iki azərbaycanlı öldürülüb, dörd nəfər ihəbs olunub. Müxtəlif bölgələrdə azərbaycanlılara qarşı ayrı-seçkilik və təzyiq artır. Amma bu, bizi qorxutmamalıdır! Rusiya artıq əvvəlki gücündə deyil. İqtisadiyyatı zəifləyib, borcları trilyonlarla ölçülür. Neftin qiymətinin aşağı olması, Avropa tərəfindən tətbiq olunan 18 sanksiya və daxildəki böhran vəziyyəti daha da çətinləşdirir”.

Sabiq deputat bildirib ki, Azərbaycan rəhbərliyi bu proseslər fonunda doğru və qətiyyətli mövqe sərgiləyir:

“Prezidentin ukraynalı jurnalist Dmitri Qordona cavab olaraq dediyi bir fikirlər də mühüm mesaj idi. Bh məsələlərdə son dərəcə prinsipial davranırıq. Düzdür, Rusiyada yaşayan soydaşlarımız, oradan göndərilən vəsaitlər var. Amma ölkənin suverenliyi və müstəqilliyi hər şeydən vacibdir.

Fikrimcə, Rusiya Ermənistanla Azərbaycan arasında yeni gərginlik yaratmağa çalışır. Moskva istəyir ki, İrəvanda vəziyyəti qarışdırsın. Orada dövlət çevrilişinə cəhdlər edilir, amma Baş nazir Nikol Paşinyan artıq üzünü Qərbə tutub. Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq qurur, media dəstəkləri alır. Azərbaycan isə bu müddətdə ABŞ, Avropa və xüsusən də Türkiyə ilə əlaqələrini daha da gücləndirir. NATO-nun müəyyən bölmələrinin Azərbaycanda yerləşməsi məsələsi belə gündəmə gəlib. Əgər bunlar baş verərsə, təbii ki, bu, Türkiyə vasitəsilə həyata keçiriləcək”.

Müsahibimiz qeyd edib ki, gərginliyin başqa səbəbi Zəngəzur dəhlizidir:

“Koridorun açılması bizim üçün strateji əhəmiyyət daşıyır. Bu, region ölkələrinə, o cümlədən Ermənistana və Türkiyəyə iqtisadi dividendlər gətirəcək. Rusiya bu dəhlizə tam nəzarət etmək istəyir. Hətta ABŞ prezidenti Donald Tramp da şirkətlərinin dəhlizə nəzarət edə biləcəyi istiqamətində təklif verdi. Yəni dəhlizin açılması uğrunda görünməyən bir geosiyasi mübarizə gedir”.

V.Əhmədov onu da bildirib ki, Azərbaycan heç vaxt Rusiya ilə qarşıdurma istəməyib, amma Moskva münasibətləri bu həddə çatdırıb:

“Rusiya helikopteri ərazimizdə vurulanda Azərbaycan üzr istədi, kompensasiya verdi, halbuki bu, birbaşa bizimlə bağlı deyildi. Amma indi əksini görürük. Kreml hələ də özünü “ağa” kimi aparır. Amma unudur ki, 1990-cı illərin Azərbaycanı yoxdur. Bu gün biz sözümüzü deyən, güclü ordusu olan, regional gücə çevrilmiş dövlətik. Müasir silahlarla təchiz olunmuş ordumuz var. Müharibə istəmirik, Azərbaycan xalqı və rəhbərliyi sülh tərəfdarıdır. Sadəcə, sülhün şərti qarşılıqlı hörmətdir. Lakin mövcud vəziyyət mürəkkəb və risklidir. Buna baxmayaraq Bakı bu çağırışlara qarşı hazırdır və xalq dövlətin mövqeyini dəstəkləyir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 İyul 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri