Gərginlikdən sülhə: Yaxın Şərqdə diplomatik ümidlər | Icma.az
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir. Yaxın Şərqdə gərginlik səngimək bilmir.
İsraillə HƏMAS arasında davam edən münaqişənin atəşkəslə bağlı danışıqlarında irəliləyiş gözlənilsə də, prosesin ikinci mərhələsinə keçid yubanır.HƏMAS bu gecikməyə görə İsrail tərəfini ittiham edir və Benyamin Netanyahunun atəşkəsin növbəti mərhələsinə dair müzakirələri başlatmadığını vurğulayır.
Təşkilat həmçinin İsrailin 15 aydır davam edən hücumlar zamanı beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etdiyini iddia edərək, bunun araşdırılması üçün beynəlxalq komitənin yaradılmasını tələb edir.
HƏMAS-ın bu bəyanatı münaqişənin yalnız hərbi aspektləri ilə deyil, eyni zamanda hüquqi və diplomatik müstəvidə də davam edəcəyini göstərir.Yaxın Şərqdə davam edən münaqişənin həlli üçün atəşkəsin ikinci mərhələsinə keçid niyə gecikir və bunun regional təhlükəsizliyə təsiri nə ola bilər?Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Yaxın Şərqdə münaqişənin yenidən yaranması ehtimalı inandırıcı deyil:"Yaxın Şərqdə münaqişənin yenidən alovlanması real fakt deyil.
Hazırda beynəlxalq siyasi gündəmdə ABŞ-nin əsas prioritetlərindən biri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıdır.
Vaşinqton bu münaqişədə aktiv vasitəçi rolunu oynayır və regionda stabilliyin qorunması üçün diplomatik səylərini artırır.
Beynəlxalq güclər hazırda daha çox iqtisadi və diplomatik məsələlərə fokuslandığından, regional münaqişələrin yenidən qızışması üçün ciddi motivasiya yoxdur.
Mövcud geosiyasi vəziyyətdə böyük dövlətlər münaqişələrin dərinləşməsinin qarşısını almağa çalışır, çünki bu, onların strateji maraqlarına uyğun deyil".Elçin Xalidbəyli: Yaxın Şərqdə münaqişənin yenidən alovlanması real fakt deyilPolitoloqun fikrincə, ABŞ Yaxın Şərqin problemləri ilə məşğul olmaq niyyətində deyil:"Digər tərəfdən, İsrail öz strateji hədəflərinə böyük ölçüdə nail olub və əlavə irəliləyiş üçün hərbi əməliyyatlardan çox, diplomatik danışıqlara ehtiyac duyulur.
Tam oxu
Xəbəri oxu