Geri dönüş yoxdur: Qitələr toqquşur DETALLAR | Icma.az
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Politico yazır ki, Avropa İttifaqı Tramp administrasiyası ilə artan fikir ayrılıqları fonunda ABŞ-siz yeni ittifaq modeli üzərində düşünür.
Nəşrin məlumatına görə, Brüssel “İstəklilər Koalisiyası” adlanan mexanizm vasitəsilə AB-nin əsas geosiyasi məsələlərdə Vaşinqtondan asılı olmadan hərəkət etməsinə imkan verəcək strukturun konturlarını müzakirə edir.
Paralel olaraq Avropa Komissiyası iki cavab ssenarisini nəzərdən keçirir: ABŞ məhsullarına 93 milyard avro dəyərində tariflərin tətbiqi və ya AB-nin “ticarət bazukası” kimi tanınan Anti-Məcburi Alətin (ACI) işə salınması.
Fransa artıq ACI-nin aktivləşdirilməsinə çağırıb və Prezident Emmanuel Makron ABŞ tarifləri tətbiq ediləcəyi təqdirdə “möhkəm, birləşmiş və əlaqələndirilmiş Avropa cavabı”nın zəruri olduğunu bildirib.
Məsələ bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Trampın Avropa liderləri ilə görüşlərində və daha sonra AB sammitində müzakirə olunacaq.
Ölkə.Az xəbər verir ki, bu gərgin fonda ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığında Qrenlandiya məsələsini müzakirə edib.
Tramp "Truth Social"da paylaşımında Qrenlandiyanın milli və qlobal təhlükəsizlik üçün “son dərəcə vacib” olduğunu vurğulayıb və “geri dönüş olmadığını” bildirib.
Tam oxu
Xəbəri oxu