Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 10-HN-299 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü geriyə dönmə manevrini düzgün yerinə yetirməyib. O, avtomobillərin gəldiyini görsə də manevr etməyə başlayıb. Dönmə radiusu kifayət etmədiyindən sürücü iki dəfə irəli və geriyə hərəkət etməyə məcbur olub. Bu zaman həm sağdan, həm də soldan gələn avtomobillərin yolunu kəsərək hərəkəti məhdudlaşdırıb.
Geriyə dönmə manevri elə yerinə yetirilməlidir ki, digər hərəkət iştirakçılarına maneə yaradılmamalıdır.
Fərid