Geriyə dönməni düzgün etməyən xanım sürücü yolu kəsdi VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 10-HN-299 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü geriyə dönmə manevrini düzgün yerinə yetirməyib. O, avtomobillərin gəldiyini görsə də manevr etməyə başlayıb. Dönmə radiusu kifayət etmədiyindən sürücü iki dəfə irəli və geriyə hərəkət etməyə məcbur olub. Bu zaman həm sağdan, həm də soldan gələn avtomobillərin yolunu kəsərək hərəkəti məhdudlaşdırıb.
Geriyə dönmə manevri elə yerinə yetirilməlidir ki, digər hərəkət iştirakçılarına maneə yaradılmamalıdır.
Fərid

Qəfil geriyə dönən sürücü avtomobillərin yolunu kəsdi VİDEO
03 Dekabr 2024 11:35
Geriyə düzgün dönə bilməyən sürücü iki zolağı zəbt etdi VİDEO
06 Yanvar 2025 17:36
Prospektdə naşı sürücü geriyə dönə bilməyib maşınları gözlətdi VİDEO
31 Yanvar 2025 19:36
Yola baxmadan geriyə dönən sürücü motosikleti vurdu ANBAAN VİDEO
16 Yanvar 2025 13:41
Hansı avtomobil geriyə düzgün dönür DOĞRU CAVAB
11 Mart 2025 09:31

