Icma.az bildirir, Saglamolun portalına istinadən. Ümumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gig
nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır. Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur.
Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.
Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur.
Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.
Bizim eramızdan çox-çox əvvəl Qədim Romada müasir unitazlara oxşayan "qurğular" var idi.
2000 il bundan əvvəl Qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan... "tualet kağızı" istifadə olunurdu.
Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə "hörmətdən düşdü".