Icma.az
close
up
RU
Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlar

Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlar

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Ümumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır.

Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur. Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.

Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.

Bizim eramızdan çox-çox əvvəl Qədim Romada müasir unitazlara oxşayan "qurğular" var idi.

2000 il bundan əvvəl Qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan... "tualet kağızı" istifadə olunurdu.

Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə "hörmətdən düşdü". Qərbi Avropa  şəhərlərində su kəmərləri və kanalizasiya sistemi yox idi. Təbii təlabatlar üçün şəhər sakinləri adətən "gecə vazlardan" (sadə dildə desək "güvəclərdən") istifadə edirdilər ki, sonra isə onların içindəki sadəcə çölə tullanırdı. Nəticədə şəhərlərin küçələrində üfunətli "çaylar" axırdı. Bütün məişət zibili də çölə tullanılırdı və burada yığılaraq qalırdı (o vaxtlar zibil şəhərlərdən çıxarılmırdı). Bu isə (və həmçinin pişiklərin xristian kilsəsi tərəfindən məhv edilməsi) siçovulların fəlakətli şəkildə çoxalmasına səbəb olurdu. Siçovullar isə qara çiçək və s. təhlükəli xəstəlikləri insanlar arasında yayırdılar.

İsti su da o vaxtlar böyük problem idi. Bu səbəbdən də insanlar (hətta əsilzadələr) kifayyət qədər gec-gec çimirdilər.

O vaxtlar belə hesab edirdilər ki, tez-tez çimən insan öz orqanizmini "zəiflədir". Bəzi orta əsrlərə aid tibbi ədəbiyyatlarda belə iddia sürülürdü ki, "su vannaları qəbul edən insanın bədənində məsamələr genişlənir ki, nəticədə bu məsamələrdən insan orqanizminə xəstəliklər daxil ola bilər və insan xəstələnə və hətta ölə bilər". Bu səbəbdən onsuz da çox nadir hallarda çimən avropalılar bunu bir çox hallarda... paltarda edirdilər. Bunun digər səbəbi kilsənin çılpaqlığa və insan bədəninə olan münasibət idi - çılpaqlıq əxlaqsızlıq və günah sayılırdı.

Yeri gəlmişkən, paltarların yuyulması da o vaxtlar "dəbdə" deyildi.

Beləliklə, şəhərlərdə antisanitarlıq "hökm sürürdü". Çirk, üfunət, bitlər, birələr, siçovullar  o vaxtlar üçün adi reallıq idi.

Bütün bu dəhşətlərin nəticəsi kimi orta əsrlər tarixdə dəhşətli pandemiyalarla (taun, qara çiçək xəstəliyi, sifilis və s.) "məşhur" olublar. Orta əsrlərdə Qərbi Avropada şəhərlərin və hətta vilayətlərin əhalisi bu xəstəliklərdən məhv olurdu. Sağ qalanlar qorxudan şəhərləri tərk edirdilər. Lakin digər şəhərlərdə də xəstəliklər onları yaxalayıb öldürürdü. Belə ki, bəzi mənbələrə əsasən, XIV əsrdə Fransa qara çiçək xəstəliyindən əhalinin 1/3 hissəsini, İtaliya və İngiltərə 1/2 hissəsini itirmişdi. Ümumillikdə isə bəzi məlumatlara əsasən qara çiçək xəstəliyindən 25 milyon (!) insan həlak olmuşdu.


Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri