Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. COP, Eurovision, Formula-1 və s.
bu kimi tədbirlərin birmənalı əleyhinə olduğumu elə 2 gün əvvəl yazmışdım və bu münasibətim də dəyişməz qalır.
Amma həmin tədbirlər haqqında bəzən elə hallarla üzləşirsən ki, münasibət bildirməyə məcbur olursan.Bu dəfə COP29-la bağlı.
Demək, tədbir yaxınlaşdıqca ən ağlagəlməz addımların şahidi olduq. Özü də əsasən Avropa ölkələri və təşkilatları tərəfindən.
Amma bunlar dediyim kimi, yenilik deyil. Heç həmin fəaliyyətin hansı vasitələrlə həyata keçirilməsi də.
Necə deyərlər, davada bütün vasitələr keçərlidir.İndi nə baş verdiyi haqda.
Demək, London, Vaşinqton və Brüsseldə mənzillənən "Global Witness" ekoloji hüquq-müdafiə təşkilatının nümayəndəsi COP29-un baş icraçı direktoru, Azərbaycanın Energetika Nazirinin müavini Elnur Soltanovu təxribata çəkib.Özünü neft-qaz fəaliyyətilə məşğul olan şirkətin təmsilçisi kimi təqdim edən "hüquq müdafiəçisi" COP29-a sponsorluq etmək və Azərbaycanla birgə karbohidrogen yataqlarının istismarına investisiya qoymaq istədiklərini bildirib.
Başqa sözlə, məqsədinə çatmaq üçün saxtakarlıq edib.Elnur Soltanov isə "investor"la açıq danışaraq, Azərbaycanın neft-qaz yataqlarının işlənməsini davam etdirəcəyini və bu sahədə əməkdaşlığın mümkünlüyünü bildirib.