Icma.az
close
up
RU
Global Witnessdən və BBC Newsdan azərbaycanlılara ayı xidməti

Global Witnessdən və BBC Newsdan azərbaycanlılara ayı xidməti

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


COP, Eurovision, Formula-1 və s. bu kimi tədbirlərin birmənalı əleyhinə olduğumu elə 2 gün əvvəl yazmışdım və bu münasibətim də dəyişməz qalır. Amma həmin tədbirlər haqqında bəzən elə hallarla üzləşirsən ki, münasibət bildirməyə məcbur olursan.
Bu dəfə COP29-la bağlı. Demək, tədbir yaxınlaşdıqca ən ağlagəlməz addımların şahidi olduq. Özü də əsasən Avropa ölkələri və təşkilatları tərəfindən. Amma bunlar dediyim kimi, yenilik deyil. Heç həmin fəaliyyətin hansı vasitələrlə həyata keçirilməsi də. Necə deyərlər, davada bütün vasitələr keçərlidir.
İndi nə baş verdiyi haqda. Demək, London, Vaşinqton və Brüsseldə mənzillənən "Global Witness" ekoloji hüquq-müdafiə təşkilatının nümayəndəsi COP29-un baş icraçı direktoru, Azərbaycanın Energetika Nazirinin müavini Elnur Soltanovu təxribata çəkib.
Özünü neft-qaz fəaliyyətilə məşğul olan şirkətin təmsilçisi kimi təqdim edən "hüquq müdafiəçisi" COP29-a sponsorluq etmək və Azərbaycanla birgə karbohidrogen yataqlarının istismarına investisiya qoymaq istədiklərini bildirib. Başqa sözlə, məqsədinə çatmaq üçün saxtakarlıq edib.
Elnur Soltanov isə "investor"la açıq danışaraq, Azərbaycanın neft-qaz yataqlarının işlənməsini davam etdirəcəyini və bu sahədə əməkdaşlığın mümkünlüyünü bildirib. Təbii ki, nə həmin təxribatı törədən "Global Witness", nə də onu xüsusi canfəşanlıqla yayan BBC üçün bu təəccüblü deyil.
Ən azı ona görə ki, elə həmin materialda bildirilir ki, neftin və qazın Azərbaycan iqtisadiyyatındakı payı 50%, ölkənin ixracında isə 90% təşkil edir. Yəni Azərbaycan öz iqtisadiyyatının tən yarısından, ixracının isə az qala hamısından imtina etməlidir.
Təbii ki, COP29-un bas icraçı direktorunun bu haqda danışması tədbirin fəlsəfəsinə ziddir və qeyri-etikdir. Şərtlər bunu tələb edir, odur ki, Elnur Soltanov ən azı ehtiyatlı davranmalı idi, çünki eynilə həmin təxribat keçən il BƏƏ-nə qarşı olmuşdu.
Amma Azərbaycanın yeraltı sərvətlərini daşıyıb aparandan sonra COP söhbətini ortaya atıb bizə olan-qalan iqtisadiyyatdan da imtinanı təklif etmək yumşaq desək, bir azca qeyri-adi görünür. Elnur Soltanov da elə bunu deyib.
Amma BBC efirindən mövzunu şərh edən "Global Witness" əməkdaşı, İran əsilli Dominik Kevakib "biz saxta şirkət yaradaraq COP29-un icraçı direktoruna müraciət etdik, o da utanmazcasına neft və qaz yataqlarının işlənməsinin davam edəcəyini söylədi" deməsi özü İfrat həyasızlıqdır.
Özü də təkcə "Global Witness" tərəfindən deyil, həm də təxribat və saxtakarlıq yolu ilə əldə olunmuş materialları yaymaq azmış kimi, bunun utanmazcasına etirafını da tirajlayan media resursları tərəfindən. Hər halda özünə hörməti olan media belə etirafı heç olmazsa efirə verməkdən imtina edərdi.
Əslində burda da təəcüblü heç nə yoxdur, amma bu haqda bir qədər sonra. Hələlik isə Dominik Kevakib haqqında. Onun İran əsilli olmasını təsadüfən vurğulamadım, çünki istər Avropa, istərsə də ABŞ media resurslarında "görünən" iranlılar Azərbaycan adı gələndə fars şovinizmindən qaynaqlanan nifrətlərini gizlədə bilmirlər.
Bunu bilməli və nəzərə almalıyıq. İndi qayıdaq təəccüblü nəsə olmaması məsələsinə. 44 günlük müharibə dövründə İlham Əliyevdən müsahibə götürən BBC jurnalistinin misli görünməmiş qərəz və həyasızlığına.
Yəqin xatırınizdədir ki, həmin xanım jurnalist Şuşadakı erməni kilsəsinə mərmi düşməsi ila bağlı sualını azı 10 dəfə müxtəlif şəkillərdə səsləndirərək dirəşmişdi ki, az qala Azərbaycanın bunu qəsdən etdiyini ölkə başçısının dilindən alsın.
Bu da o zaman baş verirdi ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə şəhərlərin, kəndlərin separatçılar tərəfindən necə xarabalıqlara çevrilməsini, məsçidlərdə öz əziz heyvanlarını saxlamalarını, digər vandaliz aktlarını bütün dünya görürdü.
Bütün dünya, bir tək BBC-lərdən, "Global Witness"lərdən savayı. Bunların fonunda Azərbaycan rəhbərindən müharibə gedən şəhərdə kilsəyə mərminin niyə və necə düşməsinin izahını istəmək artıq heç həyasızlıq da deyil. Bunun adı ikrah doğurmaqdır.
Bəlkə də daha pisdir. Amma bir tək bunlar olsaydı nə vardı ki!?
Araşdırmağa başladım və düşündüm ki, görəsən, "Global Witness" bircə dəfə də olsa Azərbaycanda neft çıxaran transmilli şirkətlərin haqqında nəsə yazıb? Məsələn, elə BP-nin.
Ədalət naminə deyim ki, bir neçə quru, formal qeydlər tapdım. Amma onlardan biri Azərbaycanla bağlı olduğu üçün diqqətimi çəkdi. 2023-cü ildə "Global Witness" BP-nin Azərbaycandakı fəaliyyətini tənqid edərək yazır ki, BP 3 il ərzində Azərbaycana 35 milyard dollar verib ki, ... Azərbaycan da həmin pulların hesabına Qarabağda ermənilərə qarşı müharibə aparıb.
BP Azərbaycana pul verib... Bunun adına həyasızlıq demək isə heç nə deməmək və ya tərif söyləmək olardı.
Amma COP-ərtafı diskussiyalarda "onluğa vuran" Avropa Birliyi və onun deputatları oldu.
Sən demə, möhtərəm avropalılar Azərbaycana xüsusi telefonlar və laptoplarla gələcəklər ki, Bakıda haker hücumuna məruz qalmasınlar. Deyəsən, sayın avropalılar haker hücumu ilə küçədə adam soymağı səhv salıblar?
Təsəvvür etmək olmur ki, avropalı deputat olasan və kompüterə, telefona müdaxilə etmək üçün məkan, məsafə tanımayan İnternet adlı bir şəbəkənin mövcud olduğunu bilməyəsən. Bu haqda isə ətraflı müsahibəmi dərc olunan kimi paylaşacağam.
Demək istədiyim bir məsələ də var. Nə qədər ki, özümüzü axtarıb özümüz olub, normal dövlət qura bilməyəcəyik tarıxı, dövlətçiliyi, təfəkkürü kolonializm üzərində qurulanlar bizə 2-ci, 3-cü və bəlkə də 10-cu çeşidl insan kimi baxacaqlar. O da hələ əgər ümumiyyətlə insan kimi baxacaqlarsa...
P.S.: Amma hər iki qurumu təbrik etmək olar. Azərbaycanlılara öz münasibətləri ilə ölkə hakimiyyətinə ən tənqidi yanaşanlarda da ikrah hissi yarada bildilər. Əgər məqsədləri azərbaycanlılara "ayı xidməti" göstərmək idisə missiyanı baş tutmuş hesab edə bilərik.
Ərəstun Oruclu, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri