Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Arxeoloqlar Türkiyədə lazer dəqiqliyi ilə inşa edilmiş və sonradan suyun altında qalmış bir qala aşkar ediblər.
Suyun dərinliklərində gizlənmiş bu tikili çox qədim xarabalıq yox, dəqiqliklə, məharətlə tikilmiş əsl qaladır.
Reyting.az xəbər verir ki, arxeoloqların fikrincə, tapıntının heyrət doğuracaq qədər unikal olması qədim sivilizasiyaların texnoloji imkanları haqqında fikirləri tamamilə dəyişdirə bilər.Türkiyədəki göllərdən birinin dibində aşkar edilmiş nəhəng bloklardan ibarət olan bu tikintinin strukturu su altında əsrlər boyu qalsa da, divarları bu günə qədər əzəmətli şəkildə dik dayanıb.
Tədqiqatçılar deyir ki, bu qədim tikilinin dizaynı inşaatçıların heyrətamiz dərəcədə inkişaf etmiş qeyri-adi, dəqiq memarlıq biliklərindən xəbər verir.Sualtı ekspedisiyanın rəhbəri, doktor Tahsin Ceylan deyib:“Dağıntılar, bəlkə də, tamamilə çökmüş bəzi daş tağlar tapacağımızı gözləyirdik.
Ancaq gördüyümüz dik bir qala oldu. Əsl, həmçinin düşünülmüş müdafiə sistemi və vaxtından əvvəl unikal memarlıq həllərini tapmış bir tikili"
Bu dövlət Şərqi Anadolu ərazisini də əhatə edirdi və həm də mühəndislik nailiyyətləri ilə məşhur idi.
Alimlər onu da qeyd ediblər ki, heç kim, qədim dövrlərdən üzü bəri böyük gölün dibində yaxşı vəziyyətdə qalmış obyektin tapılacağını gözləməyib.Tədqiqatçılar güman edirlər ki, bu qədim şəhər tektonik yerdəyişmə və yaxud göl səviyyəsinin dəyişməsi səbəbindən suyun altında qalıb.