Icma.az
close
up
RU
Gölün dibində tapılan qədim qala arxeoloqları təəccübləndirib

Gölün dibində tapılan qədim qala arxeoloqları təəccübləndirib

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Arxeoloqlar Türkiyədə lazer dəqiqliyi ilə inşa edilmiş və sonradan suyun altında qalmış bir qala aşkar ediblər. Suyun dərinliklərində gizlənmiş bu tikili çox qədim xarabalıq yox, dəqiqliklə, məharətlə tikilmiş əsl qaladır.
Reyting.az
xəbər verir ki, arxeoloqların fikrincə, tapıntının heyrət doğuracaq qədər unikal olması qədim sivilizasiyaların texnoloji imkanları haqqında fikirləri tamamilə dəyişdirə bilər.
Türkiyədəki göllərdən birinin dibində aşkar edilmiş nəhəng bloklardan ibarət olan bu tikintinin strukturu su altında əsrlər boyu qalsa da, divarları bu günə qədər əzəmətli şəkildə dik dayanıb.
Tədqiqatçılar deyir ki, bu qədim tikilinin dizaynı inşaatçıların heyrətamiz dərəcədə inkişaf etmiş qeyri-adi, dəqiq memarlıq biliklərindən xəbər verir.
Sualtı ekspedisiyanın rəhbəri, doktor Tahsin Ceylan deyib:
“Dağıntılar, bəlkə də, tamamilə çökmüş bəzi daş tağlar tapacağımızı gözləyirdik. Ancaq gördüyümüz dik bir qala oldu. Əsl, həmçinin düşünülmüş müdafiə sistemi və vaxtından əvvəl unikal memarlıq həllərini tapmış bir tikili".
Mütəxəssislərin fikrincə, qala 3000 ildən çox əvvəl, Urartu sivilizasiyası dövründə tikilib. Bu dövlət Şərqi Anadolu ərazisini də əhatə edirdi və həm də mühəndislik nailiyyətləri ilə məşhur idi.
Alimlər onu da qeyd ediblər ki, heç kim, qədim dövrlərdən üzü bəri böyük gölün dibində yaxşı vəziyyətdə qalmış obyektin tapılacağını gözləməyib.
Tədqiqatçılar güman edirlər ki, bu qədim şəhər tektonik yerdəyişmə və yaxud göl səviyyəsinin dəyişməsi səbəbindən suyun altında qalıb. Lakin bununla yanaşı, belə bir tapıntı təbii fəlakətin strukturu məhv etmədiyi, əksinə, onu qoruduğu nadir haldır. Çünki su dağıntılar və çöküntülər yaratmadan qalanın hörgüsünü, unikal elementlərini qoruyub saxlamağa kömək edib.
Elm adamlarının fikrincə, ən heyrətləndirici məqam qədim Roma və hətta orta əsr ustalarının texnologiyasını xatırladan daş hörmənin dəqiqliyidir. Bu fakt isə qədim xalqların "ibtidailiyi" haqqında mifi bir daha məhv edir, eyni zamanda, onların bir çoxunun texnikanın, elmin çox yüksək səviyyəsinə malik olduğunu sübuta yetirir.
Bu yeni tapıntı ilə bağlı danışan İstanbul Universitetindən arxeoloq Merve Şahin deyib:
"Bu tapıntı təkcə arxeoloji bir sensasiya deyil. Bu, qədim və lazer dəqiqliyi ilə inşa edilmiş tikinti, həm də indiki müasir dövrə çağırışdır".
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 İyun 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri