Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Azərbaycanda orqan transplantasiyası üzrə məşhur cərrah, Mərkəzi Gömrük Hospitalının Cə
O, talassemiyalı uşaqları əməliyyat etdirmək adı altında onların ailələrinin 1 milyon pulunun mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ifad
Bu məhkəmə prosesində bir neçə dəfə Mircəlal Kazıminin adı hallanıb.
Zərərçəkənlərin bir neçəsi bildirib ki, onları hazırda müttəhimlər kürsüsündə əyləşən şəxslərin yanına Mircəlal Kazımi göndərib.Bizimyol.info xəbər verir ki, talassemiyalı uşaqların ailələrini aldatmaqda ittiham olunan 3 nəfərin – “Urmedhelp” və “My DocTour” şirkətlərin rəhbəri Nuridə Seyidova və həkimlər Aynur Bayramova və Aysel Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır.Zərərçəkmişlər Mircəlal Kazımi ilə yanaşı, Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərovanın da məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmışdılar.
Çünki təqsirləndirilən Aynur Bayramovanın Talassemiya Mərkəzində xüsusi otağı olduğunu, onu məhz oradan tanıdıqlarını bildirirlər.Məhkəmə də vəsatəti təmin etmişdi.
Onların ikisi də aprelin 23-də məhkəməyə çağrılaraq dindirilib.Əvvəl Xuraman Cəfərova ifadə verərək bildirib ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzində baş mütəxəssisdir.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən Aynur Bayramovanı Talassemiya Mərkəzinin baş həkimi işlədiyi dövrdən tanıyıb.
Həmin dövrdə o, “Medical Park” klinikasının kuryeri kimi Talassemiya Mərkəzinə gəlib-gedib: “Bu klinikanın bizim Talassemiya Mərkəzi ilə müqaviləsi var idi.