Icma.az
close
up
RU
Gömrük Hospitalının məşhur cərrahı məhkəmə qarşısında: Mircəlal Kazımi və Talassemiya Mərkəzinin keçmiş baş həkimi 1 milyonluq dələduzluğa görə dindirildi

Gömrük Hospitalının məşhur cərrahı məhkəmə qarşısında: Mircəlal Kazımi və Talassemiya Mərkəzinin keçmiş baş həkimi 1 milyonluq dələduzluğa görə dindirildi

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycanda orqan transplantasiyası üzrə məşhur cərrah, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib. O, talassemiyalı uşaqları əməliyyat etdirmək adı altında onların ailələrinin 1 milyon pulunun mənimsənilməsi ilə bağlı cinayət işi üzrə ifadə verib. Bu məhkəmə prosesində bir neçə dəfə Mircəlal Kazıminin adı hallanıb. Zərərçəkənlərin bir neçəsi bildirib ki, onları hazırda müttəhimlər kürsüsündə əyləşən şəxslərin yanına Mircəlal Kazımi göndərib.

Bizimyol.info xəbər verir ki, talassemiyalı uşaqların ailələrini aldatmaqda ittiham olunan 3 nəfərin – “Urmedhelp” və “My DocTour” şirkətlərin rəhbəri Nuridə Seyidova və həkimlər Aynur Bayramova və Aysel Məmmədovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır.

Zərərçəkmişlər Mircəlal Kazımi ilə yanaşı, Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərovanın da məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmışdılar. Çünki təqsirləndirilən Aynur Bayramovanın Talassemiya Mərkəzində xüsusi otağı olduğunu, onu məhz oradan tanıdıqlarını bildirirlər.

Məhkəmə də vəsatəti təmin etmişdi. Onların ikisi də aprelin 23-də məhkəməyə çağrılaraq dindirilib.

Əvvəl Xuraman Cəfərova ifadə verərək bildirib ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzində baş mütəxəssisdir. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərdən Aynur Bayramovanı Talassemiya Mərkəzinin baş həkimi işlədiyi dövrdən tanıyıb. Həmin dövrdə o, “Medical Park” klinikasının kuryeri kimi Talassemiya Mərkəzinə gəlib-gedib: “Bu klinikanın bizim Talassemiya Mərkəzi ilə müqaviləsi var idi. Oradan Akif hoca öz komandası ilə gəlib, Mərkəzdə talassemiyalı xəstələri müayinə edirdi. Aynur Bayramova da onların komandasında idi, kuryer kimi gəlib-gedirdi, qan daşıyırdı”.

Keçmiş baş həkim qeyd edib ki, Aynur Bayramovanın xəstələrin ailələrini aldatmasından məlumatı olmayıb. Lakin bir gün ona bu haqda şikayət gəlib. Bundan sonra Aynur Bayramovanın Talassemiya Mərkəzinə girişinə qadağa qoyub:

“Zərərçəkmişlərdən biri müraciət etdi ki, Aynur Bayramova onlardan əməliyyat adı ilə pul alıb. Mən heç bir xəstəni onların yanına göndərməmişəm”.

O, dediklərinin sübutu kimi qeyd edib ki, Talassemiya Mərkəzi ilə Aynur Bayramova arasında müqavilə olmayıb.

Zərərçəkmişlər də, Aynur Bayramova da keçmiş baş həkimi yalan danışmaqda ittiham edib.

“Yalan danışırsınız, Aynur orada qeydiyyatçı idi, xəstələrin qeydiyyatını o aparırdı. Sizin bundan xəbəriniz olmaya bilməzdi”, - deyə zərərçəkmiş Şahbacı İsayeva bildirib.

Aynur Bayramova da Talassemiya Mərkəzində otağı olduğunu təsdiqləyib. O, əlavə edib ki, Xuraman Cəfərova ona da, Nuridə Seyidovanın yanına da xəstələr yönləndirib: “Necə yəni mənə otaq verməmisiniz? Heç nədən xəbəriniz yoxdur kimi danışlrsınız. Nə demisizsə onu da icra eləmişik”.

Məhkəmə heyətinə daxil olan hakimlərdən Şəlalə Həsəmova da şahid Xuraman Cəfərovanın nəzərinə çatdırıb ki, dedikləri inandırıcı görünmür:

“Mən hakim kimi, Talasemiya Mərkəzinə girə bilmərəm, buraxmazlar. Necə olur ki, Aynur Bayramova əlini-qolunu sallaya-sallaya rahat girib-çıxır? Hələ içəridə xəstələrlə pul məsələsini də danışıb, amma sizin bütün bunlardan xəbəriniz olmayıb?”

Daha sonra məhkəmədə Mircəlal Kazımi ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır. Səbəb isə budur ki, Nuridə Seyidovanın rəhbərlik etdiyi “Urmedhelp” şirkətinin Mərkəzi Gömrük Hospitalı ilə müqaviləsi olub. Şirkət xəstəxanaya pul köçürüb, cərrah kimi o da əməliyyat icra edib.

Cərrahın sözlərinə görə, bu şirkət barədə o, imkansız xəstələrə məlumat verib, əməliyyat olunmaq istəyənlər ora üz tutublar. Mircəlal Kazımi qeyd edib ki, onun xəstələri Nuridəgilə yönləndirməkdə məqsədi onlara kömək etmək olub:

“Orqan transplantasiyası artıq İcbari Tibbi Sığorta hesabına ödənilir. Bundan əvvəl isə öz hesabına etdirirdi. Nuridə Seyidovanın şirkəti həmin vaxt xəstələrə yardım edirdi, onlar əməliyyat olunurdu. Sonralar 5 xəstənin əməliyyat pulu ödənilmədi. Buna görə “Urmed help” şirkəti ilə müqaviləyə xitam verildi. Amma 10-a yaxın xəstəni şirkət əməliyyat elətdirmişdi”.

Mircəlal Kazımi əlavə edib ki, hələ bu şirkətlər mövcuc olmamışdan əvvəl onun təqsirləndirilən şəxslərdən Aysel Məmmədova ilə əlaqəsi olub. O bildirib ki, Aysel Məmmədova öz hesabına xəstələrə yardım edib.

Hakimlər şahiddən soruşub ki, onun göndərdiyi xəstələrin yaxınları pulun bir qismini ödəsələr də, əməliyyat baş tutmadığı halda, niyə narahat olmayıb? Dəfələrlə bu cür hallar təkrarlanıb.

Hakimlərdən Şəlalə Həsənova isə soruşub ki, pulu olmayan, lakin ölümcül vəziyyətdə olan xəstələrə münasibətdə klinika necə davranır? Əməliyyata ehtiyacı olan belə xəstələrə münasibətdə istisna hal kimi hansısa güzəşt edilirmi?

“Belə hallar olsaydı, yəqin ki, xəstələrin yaxınları da məcbur qalıb belə adamlara üz tutmazdılar. Zərərçəkənlərdən birinin həyat yoldaşı pula görə dünyasını dəyişib”, - hakim bildirib.

Cərrah suala belə cavab verib: “Bu sualın cavabı məndə deyil, qlobal məsələdir”.

Məhkəmədə Mircəlal Kazımi ilə təqsirləndirilən Aysel Məmmədova arasındakı danışığın səs yazısı da dinlənilib.

Aysel Məmmədova bu cinayət işi üzrə istintaqın ilkin vaxtlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verib çıxandan sonra Mircəlal Kazımi ilə əlaqə saxlayıb, orada verdiyi ifadə haqda onu məlumatlandırıb. Bu barədə səs yazısı cinayət işinin materiallarında da var. Məhkəmədə də o səs yazısı səsləndirilib.

Mircəlal Kazımi bu məsələ ilə əlaqədar bildirib ki, həmin telefon söhbətində o, xəstələrlə bağlı narahat olub.

Cərrah onu da qeyd edib ki, özü də bu cinayət işi ilə əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilib.

Daha sonra zərərçəkənlər Talassemiya Mərkəzinin sabiq direktoru Valeh Hüseynovun da məhkəməyə çağırılması barədə vəsatət veriblər. Hakim Azad Məcidov bildirib ki, bəzi şahidlər şağrılsalar da, gəlmirlər.

Talassemiyalı uşaqların ailələrinin aldadılması ilə bağlı məhkəmə prosesi aprelin 28-də davam edəcək.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 01:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri