Gömrük Komitəsində yenə problem Bu dəfə tələbələrin təqaüdü verilmir

04.02.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin təqaüdlərini ala bilməmələri ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gününsəsi.info”ya Akademiyanın tələbələri bildiriblər. 

Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri hələ də köçürülməyib: “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”.

Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsinin işçilərinin ötən ilin oktyabrından bəri əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumat yayılmışdı. Yanvar ayının sonunda isə bütün gömrük əməkdaşlarının məvaciblərinin tam şəkildə ödənildiyi açıqlandı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью