Gömrük Komitəsində yenə problem Bu dəfə tələbələrin təqaüdü verilmir
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin təqaüdlərini ala bilməmələri ilə bağlı iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gününsəsi.info”ya Akademiyanın tələbələri bildiriblər.
Onların sözlərinə görə, dekabr və yanvar ayları üçün təqaüdləri hələ də köçürülməyib: “Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir”.
Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsinin işçilərinin ötən ilin oktyabrından bəri əməkhaqlarını ala bilməmələri ilə bağlı məlumat yayılmışdı. Yanvar ayının sonunda isə bütün gömrük əməkdaşlarının məvaciblərinin tam şəkildə ödənildiyi açıqlandı.

Gömrük Komitəsində işçilərə oktyabrdan bəri maaş verilmir?
24 Yanvar 2025 17:03
Gömrük Komitəsində 3 aydır niyə maaş verilmir?
28 Yanvar 2025 14:16
Gömrük Komitəsində maaşları VERMİRLƏR
24 Yanvar 2025 16:18
Gömrük Komitəsində kütləvi ETİRAZ
02 Aprel 2025 22:17
Dövlət Gömrük Komitəsində çalışmaq istəyənlər imtahan verdilər FOTO
21 Dekabr 2024 16:50

