Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Çin avtomobillərinin ölkəmizə kütləvi idxalı köhnə avtomobillərə və ehtiyat hissələrinə tələbatı xeyli azaltdı.
Niyə köhnə avtomobillərin ehtiyat hissələri bahadır?“Bunun bir neçə əsas səbəbi var: Təklifin məhdud olması. Köhnə modellər artıq istehsal olunmadığı üçün onların ehtiyat hissələri də kütləvi istehsal olunmur.
İdxal xərcləri və məhdudiyyətlər
Çox vaxt bu ehtiyat hissələri xarici ölkələrdən gətirilir və gömrük rüsumları, ƏDV, vergilər və daşıma xərcləri ümumi qiyməti artırır. Axtarış və logistika xərcləri köhnə hissələri tapmaq daha çətindir bəzi hissələr nadir hesab olunur və onları toplamaq, yoxlamaq və satmaq əlavə resurs tələb edir. Təmir və uyğunlaşdırma bəzən köhnə hissələr yeni modellərə uyğun deyil və ya əlavə emal tələb edir. Bu da əlavə xidmət xərci deməkdir”-deyə nəqliyyat eksperti qeyd edib.
Adil Nəbiyev vurğulayıb ki, daşıma xərcləri, nəqliyyat və logistikanın bahalaşması qiymətə təsir edir: “Ehtiyat hissələrinin idxalında çətinliklər bunlardır: Beynəlxalq amillər, təchizat zənciri problemləri, pandemiya zamanı enerji böhranı və geopolitik gərginliklər kimi faktorlar dünya üzrə logistikanı ləngidib və bahalaşdırıb, eyni zamanda valyuta məzənnələri.
Dövlət valyutası xarici valyutaya nisbətən zəifləyirsə, idxal daha baha başa gəlir. Fərqli ölkələrin gömrük və ticarət siyasəti ehtiyat hissələrinə əlavə rüsumlar qoyur bu da qiymətlərə təsir edir. Kiçik bazarda köhnə avtomobillərin Azərbaycandakı bazar miqyası çox böyük deyil, ona görə təchizatçılar da böyük miqdarda ehtiyat hissə gətirməyə maraqlı olmur. Gömrük prosedurları, uzun sənədləşmə prosesləri və əlavə yoxlamalar idxalı gecikdirə və əlavə xərclər yarada bilər. Daşıma xərcləri, nəqliyyat və logistika ölkə daxilində də bahalaşdığı üçün yekun qiymətə təsir edir. Köhnə avtomobil ehtiyat hissələri adətən nisbətən bahadır, çünki onlar nadirdir və geniş istehsal olunmur. İdxal və logistika xərcləri yüksəkdir, xarici və daxili iqtisadi amillər qiymətlərə təsir göstərir”.
Günel Həsənova, Bizimyol.info