Icma.az
close
up
RU
“Gömrük prosedurları, uzun sənədləşmə prosesləri və əlavə yoxlamalar idxalı gecikdirə və əlavə xərclər yarada bilər”

“Gömrük prosedurları, uzun sənədləşmə prosesləri və əlavə yoxlamalar idxalı gecikdirə və əlavə xərclər yarada bilər”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Şəhər sakini sosial şəbəkədə paylaşdığı video çıxışında bildirib ki, 90-cı və 2000-ci illərin avtomobillərinə ehtiyat hissələri tapmaq getdikcə çətinləşir və yaxın gələcəkdə ümumiyyətlə tapmaq mümkün olmayacaq. O ustalarla söhbətlərində tövsiyə edib ki, yeni nəsil avtomobilləri araşdırsınlar: “Bu avtomobillər artıq istehsal olunmayacaq, ona görə yeni nəsil maşınları araşdırmaq lazımdır. Təzə maşınların da kapotunun altını araşdırın görün altında nə var? Yəni düzdür vaxtının maşınları olub. Yağ, antifiris, su məsələsində problem yoxdur: 60 il də sürsəniz o maşınlara yağ var, amma (ehtiyat hissələri) zapçast tapmaq olmur. Məsələn; yaxınlarda “4 fara” üçün termostat tapa bilməyib, güc-bəla ilə bir nəfərdən əldə edib”, -deyə bildirib. O, maşınları pisləmədiyini, sadəcə xidmət imkanlarının daraldığını qeyd edib. Qiymətlərin isə həddindən artıq yüksək olduğunu vurğulayıb: “39 kuzovu niyə 12 minə satmaq istəyəsən axı? 18-20 minə “4 fara” satmaq istəyənlər var. Heç olmasa qiymətləri bir az endirin”.Köhnə avtomobillərin ehtiyat hissələrinin qiymətləri bahadırmı, bu qədər yüksək olmasının əsas səbəbləri nələrdir?Ehtiyat hissələrinin idxalında çətinliklər hansı beynəlxalq və yerli amillərlə bağlıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, Çin avtomobillərinin ölkəmizə kütləvi idxalı köhnə avtomobillərə və ehtiyat hissələrinə tələbatı xeyli azaltdı.

Niyə köhnə avtomobillərin ehtiyat hissələri bahadır?

“Bunun bir neçə əsas səbəbi var: Təklifin məhdud olması. Köhnə modellər artıq istehsal olunmadığı üçün onların ehtiyat hissələri də kütləvi istehsal olunmur.

İdxal xərcləri və məhdudiyyətlər

Çox vaxt bu ehtiyat hissələri xarici ölkələrdən gətirilir və gömrük rüsumları, ƏDV, vergilər və daşıma xərcləri ümumi qiyməti artırır. Axtarış və logistika xərcləri köhnə hissələri tapmaq daha çətindir bəzi hissələr nadir hesab olunur və onları toplamaq, yoxlamaq və satmaq əlavə resurs tələb edir. Təmir və uyğunlaşdırma bəzən köhnə hissələr yeni modellərə uyğun deyil və ya əlavə emal tələb edir. Bu da əlavə xidmət xərci deməkdir”-deyə nəqliyyat eksperti qeyd edib.

Adil Nəbiyev vurğulayıb ki, daşıma xərcləri, nəqliyyat və logistikanın bahalaşması qiymətə təsir edir: “Ehtiyat hissələrinin idxalında çətinliklər bunlardır: Beynəlxalq amillər, təchizat zənciri problemləri, pandemiya zamanı enerji böhranı və geopolitik gərginliklər kimi faktorlar dünya üzrə logistikanı ləngidib və bahalaşdırıb, eyni zamanda valyuta məzənnələri.

Dövlət valyutası xarici valyutaya nisbətən zəifləyirsə, idxal daha baha başa gəlir. Fərqli ölkələrin gömrük və ticarət siyasəti ehtiyat hissələrinə əlavə rüsumlar qoyur bu da qiymətlərə təsir edir. Kiçik bazarda köhnə avtomobillərin Azərbaycandakı bazar miqyası çox böyük deyil, ona görə təchizatçılar da böyük miqdarda ehtiyat hissə gətirməyə maraqlı olmur. Gömrük prosedurları, uzun sənədləşmə prosesləri və əlavə yoxlamalar idxalı gecikdirə və əlavə xərclər yarada bilər. Daşıma xərcləri, nəqliyyat və logistika ölkə daxilində də bahalaşdığı üçün yekun qiymətə təsir edir. Köhnə avtomobil ehtiyat hissələri adətən nisbətən bahadır, çünki onlar nadirdir və geniş istehsal olunmur. İdxal və logistika xərcləri yüksəkdir, xarici və daxili iqtisadi amillər qiymətlərə təsir göstərir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri