Goranboyda keçirilən gənclər düşərgəsi yekunlaşıb FOTOLAR | Icma.az
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Gənclər Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Goranboy Olimpiya İdman Kompleksində həyata keçirilən gənclər düşərgəsi yekunlaşıb.
SİA xəbər verir ki, düşərgənin əsas məqsədi müxtəlif bölgələrdən olan gəncləri bir araya gətirərək onların fərdi və peşəkar bacarıqlarını inkişaf etdirmək, sosial əlaqələrini genişləndirmək və şəbəkələşmələrini gücləndirmək olub.
Bununla yanaşı, iştirakçılar düşərgə müddətində idman və mədəni tədbirlərdə aktiv iştirak edib, komanda oyunları vasitəsilə həm əylənərək, həm də yeni biliklər əldə edərək səmərəli vaxt keçiriblər.
Gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgədə iştirak üçün qısa müddət ərzində 58 regiondan 900-dən çox gənc müraciət edib.
Müraciətçilər arasından yaşı 18-26 yaş həddində olan, ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla keçən 32 regiondan 50 nəfər gənc düşərgədə iştirak şansı qazanıb.
4 gün davam edən düşərgədə gənclər "Enerji", "Yenilik", "Ümid", "Macəra", "İnkişaf" və "Gələcək" adlı komandalar şəklində iştirak ediblər.
Düşərgə müddətində gənclər üçün innovativ ideyaların və sosial layihələrin müzakirəsi, fərdi inkişaf təlimləri, karyera və inkişaf, könüllülük fəaliyyəti və informasiya təhlükəsizliyi haqqında məlumatlandırıcı sessiyalar, intellektual yarışlar, idman, komanda qurucluğu və şəbəkələmə oyunları, peşəkarlarla görüşlər, mədəni axşamlar və bir-birindən maraqlı interaktiv fəaliyyətlər təşkil olunub.
Tam oxu
Xəbəri oxu