Icma.az
close
up
RU
Goranboyda keçirilən gənclər düşərgəsi yekunlaşıb FOTOLAR

Goranboyda keçirilən gənclər düşərgəsi yekunlaşıb FOTOLAR

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gənclər Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Goranboy Olimpiya İdman Kompleksində həyata keçirilən gənclər düşərgəsi yekunlaşıb. SİA xəbər verir ki, düşərgənin əsas məqsədi müxtəlif bölgələrdən olan gəncləri bir araya gətirərək onların fərdi və peşəkar bacarıqlarını inkişaf etdirmək, sosial əlaqələrini genişləndirmək və şəbəkələşmələrini gücləndirmək olub. Bununla yanaşı, iştirakçılar düşərgə müddətində idman və mədəni tədbirlərdə aktiv iştirak edib, komanda oyunları vasitəsilə həm əylənərək, həm də yeni biliklər əldə edərək səmərəli vaxt keçiriblər.

Gənclər tərəfindən böyük maraqla qarşılanan düşərgədə iştirak üçün qısa müddət ərzində 58 regiondan 900-dən çox gənc müraciət edib. Müraciətçilər arasından yaşı 18-26 yaş həddində olan, ilkin qeydiyyat və müsahibə mərhələlərini uğurla keçən 32 regiondan 50 nəfər gənc düşərgədə iştirak şansı qazanıb. 4 gün davam edən düşərgədə gənclər "Enerji", "Yenilik", "Ümid", "Macəra", "İnkişaf" və "Gələcək" adlı komandalar şəklində iştirak ediblər.

Düşərgə müddətində gənclər üçün innovativ ideyaların və sosial layihələrin müzakirəsi, fərdi inkişaf təlimləri, karyera və inkişaf, könüllülük fəaliyyəti və informasiya təhlükəsizliyi haqqında məlumatlandırıcı sessiyalar, intellektual yarışlar, idman, komanda qurucluğu və şəbəkələmə oyunları, peşəkarlarla görüşlər, mədəni axşamlar və bir-birindən maraqlı interaktiv fəaliyyətlər təşkil olunub.

Həmçinin düşərgənin üçüncü günü gənclər və idman naziri Fərid Qayıbov düşərgə iştirakçıları ilə görüşüb. Görüşdə Fərid Qayıbov təcrübə proqramları, gənclərin tədbirlərdə iştiraklarının təmin edilməsi, istedadlı gənclərlə bağlı layihələr, karyera yarmarkaları və digər mövzularda gənclərin təklif və fikirlərini dinləyib.

Görüşdə gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə də müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri