Görməmişlik sindromu: Qızılı da icarəyə götürərlər? Sosioloq sərt tənqid etdi | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qızıl-zinət əşyaları kirayə verilir.Xezerxeber.az məlumat verir ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirib ki, bu iş xeyli risklidir.
Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.Qızılların kirayə qiymətləri isə modellərin görünüşünə və satış qiymətinə görə dəyişir.Kirayələr 1 günlük verilir və daha çox toy edənlər, qızıl almaq imkanı olmayanlar müraciət edirlər.Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az” a bildirib ki, son vaxtlar belə halların yaşanması təəssüfedici haldır:“Təkcə qızıl deyil, hətta digər əşyalar da icarə əsasında götürülüb istifadə olunur.
Bunun səbəbi çox ağır psixoloji xəstəlikdir. Yəni özünü başqalarına göstərmək, başqalarından üstün görmək texnikasıdır.
İnsanlar sadə, təvazökar olmaq istəmir və başqalarına öz cah-cəlalını, əmlakını, qızılını var olduğundan dəfələrlə daha çox göstərmək istəyir.
Bu paltarda, telefonda, avtomobildə və ev əşyalarında da belədir. Normal ölkələrin heç birində belə adət-ənənə yoxdur.
Bunu hər hansı bir ölkədən də götürmürlər. Çünki heç bir ölkədə belə biabırçı vəziyyət yoxdur. Bunun nə mənəvi, nə də ki, sosial əsası var.
Sadəcə olaraq görməmişlik sindromudur. Birincisi, ailə maddi dəyərlər üzərində qurulmur. Qızılın, pulun və əmlakın heç bir mənası yoxdur.
Tam oxu
Xəbəri oxu