Icma.az
close
up
RU
Görməmişlik sindromu: Qızılı da icarəyə götürərlər? Sosioloq sərt tənqid etdi

Görməmişlik sindromu: Qızılı da icarəyə götürərlər? Sosioloq sərt tənqid etdi

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qızıl-zinət əşyaları kirayə verilir.

Xezerxeber.az məlumat verir ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.

Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirib ki, bu iş xeyli risklidir. Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.

Qızılların kirayə qiymətləri isə modellərin görünüşünə və satış qiymətinə görə dəyişir.

Kirayələr 1 günlük verilir və daha çox toy edənlər, qızıl almaq imkanı olmayanlar müraciət edirlər.



Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az” a bildirib ki,  son vaxtlar belə halların yaşanması təəssüfedici haldır:


“Təkcə qızıl deyil, hətta digər əşyalar da icarə əsasında götürülüb istifadə olunur. Bunun səbəbi çox ağır psixoloji xəstəlikdir. Yəni özünü başqalarına göstərmək, başqalarından üstün görmək texnikasıdır. İnsanlar sadə, təvazökar olmaq istəmir və başqalarına öz cah-cəlalını, əmlakını, qızılını var olduğundan dəfələrlə daha çox göstərmək istəyir. Bu paltarda, telefonda,  avtomobildə və  ev əşyalarında da belədir. Normal ölkələrin heç birində belə adət-ənənə yoxdur. Bunu hər hansı bir ölkədən də götürmürlər. Çünki heç bir ölkədə belə biabırçı vəziyyət yoxdur. Bunun nə mənəvi, nə də ki, sosial əsası var. Sadəcə olaraq görməmişlik sindromudur. Birincisi, ailə maddi dəyərlər üzərində qurulmur. Qızılın, pulun və əmlakın heç bir mənası yoxdur. Ailə qurmaq yalnız mənəvi dəyərlər üzərində olmalıdır. Maddi dəyərlər üzərində biznes, şirkət  və təsərrüfat qura bilərsən, ailə yox”.


Ekspert qeyd edib ki, həqiqətən ailə qurmaq istəyənlər yalnız mənəvi dəyərləri əsas götürməlidirlər:

“Bahalı gəlinlik, gəlin maşını, toy aksesuarları, xonçalar və qızıllar sadəcə göstərişdir. Yəni insan cəmiyyətinin inkişaf prosesində bunlar unudularaq arxaya atılıb. İndi sağlam cəmiyyətlərdə sadə, təvazökar həyat tərzinə keçirilib və praktiki əşyalar alınır. İnsanın həyatında istifadə olunan, onun sağlamlığını, rahatlığını təmin etməsi üçün lazım olan əşyalar və  materiallar alınır. Qızıldan paltar geyinmiş eşşək məsələsi kimi heç bir geyim, aksessuar insanı olduğundan yüksək göstərə bilməz. Mənəvi olaraq başqalarına göstərmək, nümayiş etdirmək, dəbdən geri qalmamaq anormal psixoloji problemlərdir. Sağlam insan belə hallara yol verməz. Çox təəssüf ki, bizdə bu təbliğ və reklam olunur. Dünyanın məşhur alimlərində, məşhur şəxsiyyətlərində, cah-cəlallı geyimlər, və bahalı qızıllar görülməyib. Yəni insan inkişaf elədikcə, bu şeylər arxada qalır. Amma bizdə belə məqamlar artır. Bu isə o deməkdir ki, biz cəmiyyət olaraq hələ inkişaf etməmişik. Normal və, sağlam insanlar sadə yaşamalıdır. Bu məsələdə medianın da üzərinə böyük yük düşür. Əsasən cah-cəlal, televiziya və mediada göstərilir. Hər biri gənclərin, insanların şüuruna bu adətləri, sistemləri otuzdurur ki, belə olmalıdır. İntellektuallar, ziyalılar mediaya  çıxıb normal, sadə, təvazökar həyat təbliğ etmirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə təbliğat ancaq maddi məsələlər, əyləncə və əşyalarla öyünməkdən gedir. Biz cəmiyyət olaraq mənəvi deqradasiyanın nümunəsiyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2024 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see204

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see190

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see144

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri