Göyçayda xəstəni səhv əməliyyat etdilər FOTO | Icma.az
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Göyçay rayonu Şəhadət kənd sakini Ələkbərov Vüsal Əlimuxtar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçinin Baş Prokurorluğa və aidiyyəti orqanlara ünvanladığını yazılı ərizəni olduğu kimi dərc edirik.
"Mən, Ələkbərov Vüsal Əlimuxtar oğlu, Göyçay rayonu Şəhadət kəndində yaşayıram.
Kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin maddi ehtiyaclarını qarşılayırdım.
24 fevral 2025-ci il tarixində, günün birinci yarısı həyətyanı torpaq sahəmizdə quraşdırdığım istixana (parnik) üçün elektrik mişarı (motopila) ilə odun doğrayırdım.
Anidən idarəetməni itirdim, elektrik mişarı (motopila) sol ayağımın pəncəsini ağır yaraladı.
Dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin Təcili Yardım Bölməsinə (Acil bölmə) üz tutdum.
Tam oxu
Xəbəri oxu