Icma.az
close
up
RU
Göyçayda xəstəni səhv əməliyyat etdilər FOTO

Göyçayda xəstəni səhv əməliyyat etdilər FOTO

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göyçay rayonu Şəhadət kənd sakini Ələkbərov Vüsal Əlimuxtar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin Baş Prokurorluğa və aidiyyəti orqanlara ünvanladığını yazılı ərizəni olduğu kimi dərc edirik.

"Mən, Ələkbərov Vüsal Əlimuxtar oğlu, Göyçay rayonu Şəhadət kəndində yaşayıram. Kənd təsərrüfatı ilə məşğul olaraq ailəmin maddi ehtiyaclarını qarşılayırdım.

24 fevral 2025-ci il tarixində, günün birinci yarısı həyətyanı torpaq sahəmizdə quraşdırdığım istixana (parnik) üçün elektrik mişarı (motopila) ilə odun doğrayırdım. Anidən idarəetməni itirdim, elektrik mişarı (motopila) sol ayağımın pəncəsini ağır yaraladı. Dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin Təcili Yardım Bölməsinə (Acil bölmə) üz tutdum. İlkin tibbi yardım göstərildikdən sonra həkim-uşaq cərrahı Vüqar Davudov məni əməliyyat etdi.

Elə həmin gün evə gəldim, lakin şiddətli ağrılardan qıvrıla-qıvrıla qalmışdım. Növbəti gün yenidən xəstəxanaya getdim. Sarğı otağında idim, həkim-travmatoloq-ortoped Vüqar Bəkirov gəldi. Ona dəhşətli ağrılar hiss etdiyimi bildirdim. Sonra həkim-uşaq cərrahı Vüqar Davudov özü gəldi. O, hər şeyin qaydasında olduğunu dedi, ancaq mən həyatımda ilk dəfə idi belə şiddətli ağrılar yaşayırdım. Ağrıya-ağrıya evə qayıtdım.

Fevral ayının 26-sı həkim-cərrah-ortoped Ziyad Kərimov sol ayağımın pəncəsindəki sarğını açaraq məni yenidən əməliyyat etdi. Beləliklə, şiddətli ağrılarım azaldı. Cəmi bir gecə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsində yatdım, sonra məni evə buraxdılar. Hazırda vəziyyətim əvvəlkinə nisbətən daha yaxşıdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdan və aidiyyəti qurumlardan xahiş edirəm, həkim-uşaq cərrahı Vüqar Davudov barəsində qanunamüvafiq tədbirlər götürülsün. Az qala onun səhvi ücbatından ömürlük şikəst qalacaqdım. Həmçinin, son zamanlar Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqşin İsayev haqqında yazılan əsassız tərifləri sərt tənqid edirəm. Sonda isə tövsiyəm budur ki, Aqşin İsayev, üzərimdə tibbi təcrübə aparan həkim-uşaq cərrahı Vüqar Davudov kimi şəxslərin xidməti fəaliyyətinə ciddi nəzarət etsin”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:388
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri