Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Göyçay, 15 noyabr, Rəşad Türkoğlu, AZƏRTACSu dəyirmanları əsrlər boyu xalqımızın məişətində özünəməxsus rol oynayıb.
XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına gətirib çıxarıb.
Lakin ölkəmizdə fəaliyyət göstərən bu dəyirmanlara az da olsa rast gəlmək olur.
Belə dəyirmanlardan biri də Göyçayın Aşağı Qaraməryəm kəndindədir.AZƏRTAC xəbər verir ki, Aşağı Qaraməryəm kəndindəki su dəyirmanı həftədə bir dəfə yerli əhaliyə xidmət etmək üçün işə düşür.
Vaxtı ilə müxtəlif rayon və kəndlərdən buraya üz tutanlar saysız olsa da, indi gələnlər o qədər də çox deyil.
Dəyirmanın maraqlı tərəfi isə onun heç bir enerjidən istifadə etmədən işləməsidir.
Davamlı tökülən su əvvəlcə dəyirmanın çölündəki pərli çarxı, həmin çarx isə saat mexanizmi kimi içəridə olan digər kiçik çarxı, o da öz növbəsində dən üyüdən daşları hərəkətə gətirir.