Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Göyçayın qədim su dəyirmanı REPORTAJ VİDEO AZƏRTAC

Göyçayın qədim su dəyirmanı REPORTAJ VİDEO AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göyçay, 15 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Su dəyirmanları əsrlər boyu xalqımızın məişətində özünəməxsus rol oynayıb. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına gətirib çıxarıb. Lakin ölkəmizdə fəaliyyət göstərən bu dəyirmanlara az da olsa rast gəlmək olur. Belə dəyirmanlardan biri də Göyçayın Aşağı Qaraməryəm kəndindədir.

AZƏRTAC xəbər verir ki, Aşağı Qaraməryəm kəndindəki su dəyirmanı həftədə bir dəfə yerli əhaliyə xidmət etmək üçün işə düşür. Vaxtı ilə müxtəlif rayon və kəndlərdən buraya üz tutanlar saysız olsa da, indi gələnlər o qədər də çox deyil. Dəyirmanın maraqlı tərəfi isə onun heç bir enerjidən istifadə etmədən işləməsidir. Davamlı tökülən su əvvəlcə dəyirmanın çölündəki pərli çarxı, həmin çarx isə saat mexanizmi kimi içəridə olan digər kiçik çarxı, o da öz növbəsində dən üyüdən daşları hərəkətə gətirir. Nəticədə, un hazır olur.

Qonşu kəndən dəyirmana buğda üyütmək üçün gələn Təvəkkül Orucov uşaqlıqdan su dəyirmanında üyüdülən undan istifadə etdiklərini deyir. Su dəyirmanının unundan bişirilən çörəyin daha dadlı və sağlamlıq üçün faydalı olduğunu vurğulayan Təvəkkül Orucov bildirib: “Mənim indi 57 yaşım var, yadıma gəlir, mən uşaq olanda atamla bu dəyirmana tez-tez gələrdik. O vaxt həftələrlə növbəyə yazılardıq, sonra gəlib saatlarla burada gözləyib buğdamızı üyüdərdik. Amma indi bura boş qalıb, insanlar asan yola qaçır, müasirləşib”.

Keçmişlə müqayisədə indi dəyirmana ən çox şəkərli diabetdən, həzm sistemi və qan təzyiqindən əziyyət çəkənlər üz tutur.

34 ildir dəyirmançı işləyən Asif Cəbiyevin sözlərinə görə, kəpəkli qara una tələbat getdikcə çoxalmaqdadır. Müasir dəyirmanlarda dənin qabığı alınmaqla nişasta hissəsi una çevrilir. Su dəyirmanında isə taxıl bütöv üyüdülür, un və kəpək bir yerdə olur. “Bu dəyirmanın təməlini malakanlar qoyub, o da 1830-1835-ci illərə təsadüf edir. Atamın əmisi alıb buranı, təxminən 130 ildir buranı işlədirik”, - deyən həmsöhbətim atasının və əmisinin kolxoz dövründə dəyirman işlətdiyini, 1990-cı illərdən isə özünün və qardaşının da bu işə qoşulduğunu bildirir. Asif Cəbiyev dəyirmanı tarixi abidə kimi qoruyub saxladıqlarını da vurğulayıb. Qıtlıq olan zamanlarda təxminən 10 rayonun əhalisinə xidmət edən bu qədim su dəyirmanında aylarla növbə olurmuş. Lakin tədricən insanlar mağazalardan un aldıqca, dəyirmana tələbat da azalıb.

Xatırladaq ki, tarixçilər bəşər tarixində mühüm ixtiralardan biri olan su dəyirmanlarının ilk vətəninin məhz Azərbaycan olduğunu bildirirlər. Hələ Neolit dövründə Azərbaycanda taxılın una çevrilməsi üçün sadə dən daşlarından istifadə edilib. Bu əl dəyirmanlarını sonradan su dəyirmanları əvəz edib. Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su dəyirmanlarından geniş istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri