Göygöl rayonunda Ulu öndərə həsr olunmuş konfrans | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Milli Konstitusiyamızın və suverenliyimizin banisi” mövzusunda keçirilən konfransda rayon rəhbəri Elvin Paşayev, Milli Məclisin deputatı Kamran Bayramov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Ulu Öndərə həsr olunmuş sənədli filmin nümayişindən sonra çıxış edən Elvin Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.
Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Onun siyasi irsi bu gün də aktualdır və dövlətçilik, müstəqillik və suverenlik prinsiplərinin əsas dayaqlarından biri kimi qiymətləndirilir.
Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki, Heydər Əliyev XX və XXI əsrin ən nüfuzlu siyasi liderlərindən biri kimi yalnız Azərbaycan xalqının deyil, dünya ictimaiyyətinin də dərin ehtiramını qazanmış şəxsiyyətdir.
Tam oxu
Xəbəri oxu