Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Göygöl rayonunda Ulu öndərə həsr olunmuş konfrans

Göygöl rayonunda Ulu öndərə həsr olunmuş konfrans

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Göygöl rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümü ilə bağlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev  Mərkəzində “Milli Konstitusiyamızın və suverenliyimizin banisi” mövzusunda keçirilən konfransda rayon rəhbəri  Elvin Paşayev, Milli Məclisin deputatı Kamran Bayramov, YAP  Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Ulu Öndərə həsr olunmuş sənədli filmin nümayişindən sonra  çıxış edən  Elvin Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Onun siyasi irsi bu gün də aktualdır və dövlətçilik, müstəqillik və suverenlik prinsiplərinin əsas dayaqlarından biri kimi qiymətləndirilir.

Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki,  Heydər Əliyev XX və XXI əsrin ən nüfuzlu siyasi liderlərindən biri kimi yalnız Azərbaycan xalqının deyil, dünya ictimaiyyətinin də dərin ehtiramını qazanmış şəxsiyyətdir. Onun müdrik siyasəti, dəmir iradəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan müstəqil dövlət kimi formalaşmış və regionda mühüm strateji mövqeyə sahib olmuşdur. 

YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev məruzəsində dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmış,  Ulu Öndərin Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Lider olduğunu vurğulayaraq, onun xidmətlərinin miqyasının ölçüyəgəlməzliyinin bugünkü Azərbaycanın reallıqlarında aydın ifadəsini tapdığını diqqətə çatdırıb. O, bildirib ki, Heydər Əliyevin  təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardandır. 

Konfransda həmçinin Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin direktoru Nuranə Quliyeva və digər natiqlər geniş məruzələrlə çıxış ediblər.  

Sonda Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı Göygöl rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub.

Konfransın bədii hissəsində Respublikanın tanınmış musiqiçilərinin və gənc ifaçıların musiqi nömrələri təqdim olunub.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri