Göygöldə ər və arvadı maşın vurdu

19.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Göygöl rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən restoranların birinin yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Nürəddin Mehdiyavi və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onlardan N.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir və Gəncə şəhərlərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.

Qadının vəziyyəti isə kafi qiymətləndirilir və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью