Göygöldə ər və arvadı maşın vurdu
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Göygöl rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən restoranların birinin yaxınlığında qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Nürəddin Mehdiyavi və onun həyat yoldaşı 1952-ci il təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərərçəkən xəstəxanaya aparılıb. Onlardan N.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir və Gəncə şəhərlərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Qadının vəziyyəti isə kafi qiymətləndirilir və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Göygöldə ər və arvadı avtomobil vurdu
19 Oktyabr 2025 08:57
Göygöldə bədbəxt hadisə: Ər arvadı avtomobil vurdu
19 Oktyabr 2025 11:42
Göygöldə piyadanı maşın vurdu
17 Fevral 2025 00:44
Gəncədə ər və arvadı maşın vurdu KONKRET
06 Fevral 2025 21:40
Yolu keçmək istəyən ər və arvadı maşın VURDU
04 Dekabr 2024 23:21

