525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəzər ZEYNALOV Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadənin 60 illiyinə İllər sürətlə ötüb keçir.
Bəzən insana elə gəlir ki, düşündüyü, yaşadığı hadisə dünən olub. Ancaq diqqət yetirdikdə, görürsən ki, üstündən illər ötüb.
Lakin yaradıcı insan ömründə illər boş-boşuna ötüb keçmir. Məncə, bu fikir alimlərin nümunəsində özünü daha yaxşı doğruldur.
Elmi araşdırmalar, kitablar, məqalələr, konfranslar, məruzələr...
bütün bunlar alim ömrünü bəzəyir, ötüb keçən illərin dəyərli nailiyyətləri kimi yaddaşlarda qərarlaşır.
İllər ötdükcə onların sayı çoxalır, müəllifinə baş ucalığı gətirir. "Mənim illərim mənim dövlətimdir" - deyənlər yəqin ki, yanılmırlar.
Bütün bu fikirləri əminliklə AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadəyə aid etmək olar. Bu günlərdə onun 60 yaşı tamam olur.