Gözəllik arzusunun qurbanları: Səlahiyyətsiz plastik cərrahlar hələ də iş başındadır | Icm…
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Qanun susur, bıçaq danışır.
Estetik əməliyyatlarda nəzarətsizlik böhranı yaşanır”Plastik cərrahlarla bağlı mübahisəli məqamlar təəssüf ki yenə qalmaqdadır.
İddiaya görə, Bakıda yerləşən “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov adlı həkim çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.
Bakupost.az xəbər verir ki, bununla bağlı Baku TV-yə vətəndaş müraciət edib.
Təxminən iki ay əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur.
Amma son vaxtlar həmin şəxs yenidən “MayoMed” klinikasında pasiyent qəbul edir.
O, yeni sosial media hesabı açaraq fəaliyyətini davam etdirir.
Klinikanın əməkdaşı isə şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını deyib: “Nihad bəy artıq 4-5 ay əvvəl klinikadakı işindən ayrılıb.
Tam oxu
Xəbəri oxu