Icma.az
close
up
RU
Gözəllik arzusunun qurbanları: Səlahiyyətsiz plastik cərrahlar hələ də iş başındadır

Gözəllik arzusunun qurbanları: Səlahiyyətsiz plastik cərrahlar hələ də iş başındadır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qanun susur, bıçaq danışır. Estetik əməliyyatlarda nəzarətsizlik böhranı yaşanır”

Plastik cərrahlarla bağlı mübahisəli məqamlar təəssüf ki yenə qalmaqdadır. İddiaya görə, Bakıda yerləşən “MayoMed” klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov adlı həkim çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur. Bakupost.az xəbər verir ki, bununla bağlı Baku TV-yə vətəndaş müraciət edib. Təxminən iki ay əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur. Amma son vaxtlar həmin şəxs yenidən “MayoMed” klinikasında pasiyent qəbul edir. O, yeni sosial media hesabı açaraq fəaliyyətini davam etdirir. Klinikanın əməkdaşı isə şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını deyib: “Nihad bəy artıq 4-5 ay əvvəl klinikadakı işindən ayrılıb. Hazırda Nihad bəy adlı əməkdaşımız yoxdur”. Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin arasında Nihad Aslanovun adı yoxdur: “2023-cü ildə “MayoMed” klinikası üzrə planlı yoxlama keçirilib və klinika inzibati məsuliyyətə cəlb edilib, həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həkimin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinə hər hansı məlumat daxil olmayıb”.

Xatırlatmaq yerinə düşər ki, plastik cərrahlarla bağlı səs-küy ötən ilin sonları geniş vüsət aldı. Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxslərindən bir neçəsi həbs edildi, barələrində istintaq başlandı. Bundan sonra Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət edərək Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının yaradıldığını bildirdi. Qeyd edildi ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq. Yanvar ayının 31-dən sonra fəalliyyətinə icazə verilən plastik cərrahlar siyahısında adı olmayanların fəaliyyəti qeyri-qanuni hesab ediləcək. İndi klinika deyir, belə plastik cərrah işləmir, müştəri isə işlədiyini iddia edir. Təbbi ki, məsələ aidiyyəti orqan tərəfindən araşdırılmalıdır. Problem isə bundadır ki, fəaliyyətinə rəsmi icazəsi olmayanlar yenə də hansısa özəl klinikada çalışır. Bu, bir az da qanunsuz taksi xidmətinə bənzəyir. Sertifikatı olmayan sürücülər axşam, gecə saatlarında “zayçikom” (yəni gizli) necə işləyirsə, plastik cərrahlar da elə işləyir. Pasiyenti hansısa özəl klinikaya dəvət edir, ödəniş həyata keçirilir, klinika da gəlir əldə edir deyə, qeyri-qanuni fəaliyyətə göz yumur. Ola bilməzmi, əlbəttə, olar, mümkündür. Bəs ziyan kimə dəyir, əlbəttə, pasiyentə. Təcrübəsiz, ixtisası xaricində plastik cərrahiyyə ilə məşğul olan həkim pasiyenti nəinki bərbad hala sala, hətta ölümə də “yola sala bilər”.


Qanunsuz plastik cərrahiyyənin cinayət olduğunu deyən həkim Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi hansı halda və kimlərin plastik cərrahiyyə ilə məşğul ola biləcəyinə dair geniş izahat verib:


- Mərkəzin məlumatında bildirilir ki, plastik cərrahiyyə ilə məşğul olmaq hüququ  ali təhsilli həkim plastik cərrahlara aiddir. 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığı aparılır. Müvafiq Qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyyə üzrə peşə fəaliyyətlərini davam edə bilər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildən bir sertifikasiyaya cəlb edilir. Plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır. Plastik cərrahiyyə üzrə tibb xidməti 2017-ci ildə Nazirlər Kabinetinin təsdiqlədiyi “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdır. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nöqsanlar aşkarlandıqda qanunvericilikdə nəzərdə tutulan qaydada cərimələr tətbiq edilir, lisenziyasız çalışanların fəaliyyəti dayandırılır. Təbii ki, plastik cərrahiyyə spesifik sahədir və ayrı-ayrı sahələrə bölünür. Mümkün deyil ki, burun əməliyyatı aparan plastik cərrah həm də bədənin digər hissələri üzərində əməliyyat aparsın. Deyək ki, burun, dodaq, ağız-udlaq nahiyəsinə aiddir, çanaq çanaq-bud nahiyəsinə, sinə döş qəfəsinə və sair. Burada toxumalar, limfalar, hüceyrələr… o qədər ciddi diqqət və peşəkarlıq tələb edən məsələlər var ki, bunu yalnız həmin sahənin mütəxəssiləri bilir. Mümkün deyil ki, özünü  plastik cərrah adlandıran həkim-cərrah həm burun, həm dodaq, həm sinə, həm bədənin hansısa digər nahiyəsi üzərində əməliyyat icra etsin. Bizim plastik cərrahların ən böyük səhvi ondadır ki, əməliyyata yalnız özləri daxil olur, əməliyyat edəcəkləri orqan üzrə mütəxəssis dəvət etmirlər. Bizdə ümumi bir ad işlənir – plastik cərrahiyyə. Amma bunun özü sahələrə ayrılır; estetik cərrahiyyə, plastik cərrahiyyə və rekonstruktiv cərrahiyyə. Bu da pasiyentin durumundan asılıdır. Hansı halda estetik cərrahiyyə tələb olunur, hansı halda plastik, hansı halda rekonstruktiv. Pasiyentlərin də səhvi bundadır ki, internetdən haqqında məlumat etdikləri, kiminsə nişan verdiyi həkimlərə müraciət edirlər, Səhiyyə Nazirliyinin saytına daxil olub hansı həkimin fəaliyyətinin icazə verilib-verilmədiyini yoxlamırlar. Elə ağına-bozuna baxmadan plastik əməliyyata gedirlər. Bu da sonradan ciddi fəsadlar yaradır. Həm xarici görünüşdə, ondan da pisi, orqanizmdə sağlıq baxımından ağır nəticələrə gətirib çıxarır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri