Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. Bəzi gözəllik salonları sağlamlıq üçün təhlükə yaradır.
Həmin salonlarda edilən bir çox prosedurlarda sanitariya qaydalarına əməl olunmur.
Bu səbəbdən də belə məkanlar insanların sağlamlığı baxımından təhlükəlidir.
Mütəmadi olaraq monitorinqlər aparılır və nəticədə bir neçə salonun fəaliyyəti dayandırılır.
Əvvəlki dönəmlərdə diş klinikalarında da vəziyyət ürəkaçan deyildi.
Amma sonradan bu sahəyə nəzarət gücləndi və ona görə də diş klinikaları həm infeksiyalara qarşı dərmanlarla, həm də müvafiq cihazlarla təmin olunublar.
Yəni görünən odur ki, əvvəlki illərlə müqayisədə hazırda diş klinikalarında viruslara yoluxma riski azalıb.
Amma gözəllik salonlarında durum ürəkaçan deyil. İnfeksiyalara qarşı dərman və cihazlarla təmin olunan salonlar çox deyil.