Icma.az
close
up
RU
Gözəllik salonları: potensial infeksiya mənbələri

Gözəllik salonları: potensial infeksiya mənbələri

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Bəzi gözəllik salonları sağlamlıq üçün təhlükə yaradır. Həmin salonlarda edilən bir çox prosedurlarda sanitariya qaydalarına əməl olunmur. Bu səbəbdən də belə məkanlar insanların sağlamlığı baxımından təhlükəlidir. Mütəmadi olaraq monitorinqlər aparılır və nəticədə bir neçə salonun fəaliyyəti dayandırılır.

Əvvəlki dönəmlərdə diş klinikalarında da vəziyyət ürəkaçan deyildi. Amma sonradan bu sahəyə nəzarət gücləndi və ona görə də diş klinikaları həm infeksiyalara qarşı dərmanlarla, həm də müvafiq cihazlarla təmin olunublar. Yəni görünən odur ki, əvvəlki illərlə müqayisədə hazırda diş klinikalarında viruslara yoluxma riski azalıb.

Amma gözəllik salonlarında durum ürəkaçan deyil. İnfeksiyalara qarşı dərman və cihazlarla təmin olunan salonlar çox deyil. Demək olar ki, nəzarət yoxdur. Digər problem isə əhalinin maariflənməsi ilə bağlıdır. Əksər insanlar hesab edirlər ki, gözəllik salonlarında alətlər spirtlə təmizlənirsə təhlükə aradan qalxır. Halbuki hepatit və digər təhlükəli infeksiyalar spirtlə deyil, xüsusi dərmanlar vasitəsilə və yüksək temperaturda məhv olur.

Məsələ ilə bağlı həkim-mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Alətlərin steril olmaması bir çox xəstəliklərin yaranmasına səbəb olur”

Həkim-terapevt Etibar Süleymanov qeyd edib ki, kosmetoloqlarda, bərbərxanalarda və bu kimi iaşə yerlərində alətlərin dezinfeksiyasının normal olmaması və ya istifadə edilən alətlərin steril olmasının gözlənilməməsi bir çox xəstəliklərə, məsələn, Hepatit B, C, HİV/Qiçs kimi xəstəliklərin yaranmasına səbəb olur.

E.Süleymanov əlavə edib ki, bu xəstəliklərin əksəriyyəti qanla və selik vasitəsilə keçə bilən xəstəliklər qrupuna aiddir: “Bir də az rast gəlinən qanla keçən malyariya və ya əlavə bəzi səpkili yatalaq, həmçinin başqa infeksiyalar var. Onlara isə hər dəqiqə rast gəlinmir. Ən çox rast gəlinənlər Hepatit B, C, D, Qiçs və bir də sifilis kimi xəstəliklərdir. Ona görə də hər dəfə təzə alətlərdən istifadə edilməlidir. Məsələn, hər hansı bir problem yaranmasın deyə istifadə olunan pambıq, əlcək və digər vasitələr hamısı hər dəfə dəyişilməldir. İnfeksion xəstəliklərdən başqa bəzi dəri xəstəlikləri də keçə bilər. Məsələn, istifadə olunmuş dəsmalın digər insanda da istifadə olunması bəzi dəri xəstəliklərinə, məsələn, göbələyin keçməsinə səbəb ola bilər”.

“Belə vasitələrin sterilizasiyası mütləqdir”

Yoluxucu xəstəliklər üzrə həkim-mütəxəssis Mətanət Məmmədova diqqətə çatdırıb ki, bərbər və gözəllik salonları insanlara xidmət göstərən sektorlar arasında birbaşa fiziki təmasın ən çox olduğu sahələrdən biridir: “Təəssüf ki, gigiyenik şərtlərin düzgün şəkildə təmin edilmədiyi halda həm müştərilər, həm də işçilər ciddi sağlamlıq riskləri ilə üzləşə bilərlər. Bərbər və gözəllik salonlarında ülgüc, qayçı, pinset kimi kəsici alətlər, həmçinin dəsmal, daraq, masaj yağı və epilyator kimi dəri ilə təmasda olan vasitələr infeksiya riski yaradır”.

O əlavə edib ki, bu səbəbdən həmin yerlər ciddi gigiyena tədbirləri tələb edən potensial infeksiya mənbələridir: “Gigiyena şərtlərinin kifayət qədər təmin edilməməsi və çirkli avadanlıqların istifadəsi dəri xəstəlikləri, qanla ötürülən infeksiyalara və s. kimi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Çirkli avadanlıqlar, birdən çox şəxsin istifadə etdiyi kosmetik məhsullar stafilokok və streptokok kimi bakteriyaların yayılmasına səbəb olaraq dəri infeksiyaları, irinli yaralar kimi problemlərə yol aça bilər. Həmçinin bərbər və gözəllik salonlarında istifadə olunan daraq və dəsmallar vasitəsilə baş biti, qoturluq, saçqıran, impetigo, dermatit kimi bakterial, viral və göbələk infeksiyaları insanlara ötürülə bilər. Bu səbəbdən belə vasitələrin sterilizasiyası mütləqdir”.

“Sağlam insana müxtəlif viruslar və infeksiyalar keçə bilər”

Mütəxəssis bərbərlərin və ya gözəllik salonu işçilərinin saç kəsimi, üz qırxımı və ya pedikür zamanı təsadüfən müştərinin qanı ilə təmas edə bildiyini deyərək əlavə edib ki, bu vəziyyət işçinin infeksiyasının müştəriyə, ya da müştərinin infeksiyasının başqasına keçməsinə səbəb ola bilər: “Sterilizasiya edilməmiş və bir gündə bir neçə müştəridə istifadə olunan qayçılar, ülgüc, manikür-pedikür setləri kimi kəsici və deşici alətlər, infeksiyalı bir şəxsin qanı və ya bədən mayeləri ilə təmasda olduqda sağlam insana müxtəlif viruslar və infeksiyalar keçirə bilər. Bunlar arasında HIV, Hepatit B, Hepatit C, HPV virusları və həmçinin ağız və cinsiyyət orqanlarında olan ziyillər, uçuq, tetanus kimi infeksiyalar da yer alır”.

O, bu cür riskləri minimuma endirmək üçün bir sıra tədbirlər görülməli olduğunu vurğulayıb: “Bunlara alət və avadanlıqların sterilizasiyası, işçilərin şəxsi gigiyena qaydalarına əməl etməsi, salonun ümumi təmizliyi, salonun havalandırması, işçilər arasında gigiyenik qaydalar haqqında təlim və maarifləndirmə daxildir”.

“Buna xüsusi diqqət etmək lazımdır”

M.Məmmədova bərbər və gözəllik salonu işçilərinin əvvəlcə öz dərilərinə, saçlarına, əllərinə, ayaqlarına, ağızlarına və dişlərinə diqqət yetirməli olduqlarını deyib: “Müştəriyə toxunmadan əvvəl və ya toxunduqdan dərhal sonra əlləri yumaq, qan və ya bədən mayeləri ilə təmas ehtimalı olduqda birdəfəlik əlcəklərdən istifadə etmək məqsədəuyğundur”.

Həkim vurğulayıb ki, dəsmalların, saç daraqlarının, alət və avadanlıqların dezinfeksiyası üçün yalnız alkoqollu məhlullarla silmək və ya qaynar suya qoymaq kifayət deyil: “Alkoqol və qaynar su bəzi dayanıqlı mikroorqanizmləri və virusları məhv edə bilmir. Buna görə də bu sahələrdə ev tipli avtoklavlar və UV (ultrabənövşəyi şüa) sterilizatorlarının istifadəsi tövsiyə olunur”.

M.Məmmədova onu da qeyd edib ki, ən önəmli məsələlərdən biri qan yolu ilə yoluxan infeksiyalara xüsusi diqqət etməkdir: “İnsan həyatı üçün xüsusi təhlükə kəsb edən Hepatit B virusundan qorunmaq üçün vaksinasiyanın ən effektiv qorunma üsulu olduğunu vurğulamalıyam. Bərbər və gözəllik salonlarında gigiyenanı təmin etmək xəstəlik riskini azaltmaqda mühüm rol oynayır. Təmiz və steril mühit, həm müştərilərin, həm də işçilərin sağlamlığını qorumağa kömək edir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri