Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gözəllik salonlarında təqdim edilən xidmətlər insanların xarici görünüşünü dəyişməklə yanaşı, onların sağlamlığına da təsir göstərir.
Buna görə də bu məkanlarda gigiyena qaydalarına ciddi riayət olunması xüsusi əhəmiyyət kəsb edir.
Bəzən alətlərin steril saxlanmaması və gigiyena qaydalarına əməl olunmaması müxtəlif xəstəliklərin, o cümlədən hepatit və dəri infeksiyalarının yaranma riskini artırır.
Buna görə də bu sahədə gigiyenik normalara riayət olunması və nəzarətin gücləndirilməsi vacib amillərdəndir.
Belə halların qarşısını almaq üçün gözəllik salonlarında hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı “Cümhuriyət” - ə açıqlama verən kosmetoloq Sahilə Əbdurəhmanova bildirib ki, xəstəliklərə yoluxmamaq üçün müştərilərin də diqqətli olması vacibdir: “Gözəllik salonlarında gigiyenik qaydalara əməl olunmadıqda, xəstəliyə yoluxmaq ehtimalı artır və bu, əsasən həm müştərinin, həm də ustanın məsuliyyətinə bağlıdır.
Hər hansı qurumun bütün günü salonlarda nəzarət aparması mümkün deyil.