Icma.az
close
up
RU
Gözəlliyə qurban gedənlər: Çalışın, onlardan olmayın

Gözəlliyə qurban gedənlər: Çalışın, onlardan olmayın

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gözəllik salonlarında təqdim edilən xidmətlər insanların xarici görünüşünü dəyişməklə yanaşı, onların sağlamlığına da təsir göstərir. 

Buna görə də bu məkanlarda gigiyena qaydalarına ciddi riayət olunması xüsusi əhəmiyyət kəsb edir. Bəzən alətlərin steril saxlanmaması və gigiyena qaydalarına əməl olunmaması müxtəlif xəstəliklərin, o cümlədən hepatit və dəri infeksiyalarının yaranma riskini artırır. Buna görə də bu sahədə gigiyenik normalara riayət olunması və nəzarətin gücləndirilməsi vacib amillərdəndir. 

Belə halların qarşısını almaq üçün gözəllik salonlarında hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı “Cümhuriyət” - ə açıqlama verən kosmetoloq Sahilə Əbdurəhmanova bildirib ki, xəstəliklərə yoluxmamaq üçün müştərilərin də diqqətli olması vacibdir: 

“Gözəllik salonlarında gigiyenik qaydalara əməl olunmadıqda, xəstəliyə yoluxmaq ehtimalı artır və bu, əsasən həm müştərinin, həm də ustanın məsuliyyətinə bağlıdır. Hər hansı qurumun bütün günü salonlarda nəzarət aparması mümkün deyil. Buna görə də müştəri diqqətli olmalı, istifadə olunan vasitələrin hansı formada tətbiq edildiyini izləməlidir. 

Məsələn, qaş üçün iynə və ya ülgüc mütləq müştərinin yanında açılmalı, dırnaq prosedurlarında isə alətlər qablaşdırmadan çıxarılmalıdır. Belə proseslərdə məsuliyyət həm müştəri, həm də ustanın üzərinə bərabər şəkildə düşür. Əks halda gigiyenik qaydaların pozulmasının qarşısını almaq mümkün olmur”. 

Onun sözlərinə görə, müştəri prosedur zamanı diqqətsizlik görürsə, haqqını tələb etməyi bacarmalıdır: 

“Əgər müştəri diqqətsiz davranır, usta isə tozlu və dezinfeksiya olunmamış alətlə xidmət göstərirsə, bu vəziyyətdə heç bir nəzarət qurumu müdaxilə edə bilməz. Müştəri ustanın işinə məsuliyyətsiz yanaşdığını görərsə, gigiyenik qaydalara əməl edilməsini tələb etməli və qaydalara riayət olunmayan yerlərə müraciət etməməlidir. 

Kosmetologiyada iynələr birdəfəlik qablaşdırmada təqdim olunur, bütün prosedurlar steril şəraitdə, əlcək və maskadan istifadə etməklə aparılır. Lakin salonlarda vəziyyət bir qədər fərqlidir”.

Kosmetoloq qeyd edib ki, müştərilər yalnız güvəndikləri yerlərə müraciət etməlidirlər: 

“Hətta sadə saç boyası zamanı belə, əgər müştərinin başında yara varsa və istifadə olunan fırça dezinfeksiya olunmayıbsa, bakteriyalar digər müştərilərə keçə bilər. Bu səbəbdən belə halların qarşısını almaq həm müştərinin diqqəti, həm də ustanın məsuliyyəti ilə mümkündür. 

Səhiyyə qurumlarının bu məsələyə tam nəzarət etməsi çətin olduğundan, yalnız vaxtaşırı reydlər aparılır və qayda pozuntuları aşkarlandıqda cərimələr tətbiq edilir. Buna görə də müştərilərə tövsiyə olunur ki, yalnız güvəndikləri, gigiyenik normalara ciddi riayət edən ustalara müraciət etsinlər və ucuz qiymət, endirim naminə şübhəli məkanlara üz tutmasınlar”.

Gülər
"Cebheinfo.az" 

Açar sözlər: gözəllik salonları Sahilə Əbdurəhmanova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri