“Grammy” namizədləri açıqlandı Beyonse rekord qırdı

09.11.2024

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


ABŞ Milli Səsyazma Sənəti və Elmləri Akademiyası 2025-ci il “Grammy” Mükafatlarına namizədlərin siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Beyonse 11 nominasiya ilə rekord qırıb.
Belə ki, bu, Beyonseni cəmi 99 nominasiya ilə “Grammy” tarixində ən çox namizəd olmuş sənətçi edib. O, daha əvvəl yoldaşı Cey Zi ilə 88 nominasiya rekordunu paylaşıb.
Billi Ayliş, Post Malon, Çarli XCX və Kendrik Lamar hər biri yeddi nominasiya qazanıb. Onların ardınca hər birinin altı nominasiyası olan Teylor Svift, Çappel Ron və Sabrina Karpenter gəlib.
Beyonse, Svift, Ayliş, Ron və Karpenter hər üç əsas kateqoriyada - albom, mahnı və ilin rekordu üzrə namizəddirlər. Bundan əlavə, Ron və Karpenter “Ən yaxşı yeni sənətçi” nominasiyasına namizəddirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью