“Grammy” namizədləri açıqlandı Beyonse rekord qırdı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Milli Səsyazma Sənəti və Elmləri Akademiyası 2025-ci il “Grammy” Mükafatlarına namizədlərin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Beyonse 11 nominasiya ilə rekord qırıb.
Belə ki, bu, Beyonseni cəmi 99 nominasiya ilə “Grammy” tarixində ən çox namizəd olmuş sənətçi edib. O, daha əvvəl yoldaşı Cey Zi ilə 88 nominasiya rekordunu paylaşıb.
Billi Ayliş, Post Malon, Çarli XCX və Kendrik Lamar hər biri yeddi nominasiya qazanıb. Onların ardınca hər birinin altı nominasiyası olan Teylor Svift, Çappel Ron və Sabrina Karpenter gəlib.
Beyonse, Svift, Ayliş, Ron və Karpenter hər üç əsas kateqoriyada - albom, mahnı və ilin rekordu üzrə namizəddirlər. Bundan əlavə, Ron və Karpenter “Ən yaxşı yeni sənətçi” nominasiyasına namizəddirlər.
Baxış sayı:83
Bu xəbər 09 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















