Grok 5 ümumi süni intellekt sistemi olacaq

18.09.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


"xAI şirkəti" özünün "Grok 5" sistemi ilə ümumi süni intellektə (AGI) nail ola bilər. İş adamı, milyarder İlon Mask deyib ki, yaxın həftələr ərzində "Grok 5"-in sınaq təliminə start veriləcək.
Reyting.az
bildirir ki, Mask bu açıqlamanı əsasən "Grok 4" üzərindəki "inqilabi çoxagentli sistem" yaradan tədqiqatçı-alim Ceremi Bermanın nailiyyətlərindən sonra vermək qərarına gəlib.
Məlumata görə, Berman "ARC-AGI" süni intellekt testlərində yeni rekordlara nail olmaqla, sübut edib ki, bu sistemin bazasını dağıtmadan da yenilik mümkündür və paralel şəkildə işləyən çoxsaylı modellər bir modelə uzun vaxt ayırmaqdan daha səmərəli, işlək ola bilər.
Mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə, paralel işləyən süni intellekt modelləri və "inqilabi çoxagentli sistem" yanaşması "Grok 5"-in inkişafında çox böyük dönüş nöqtəsi ola bilər.

Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью