Grok 5 ümumi süni intellekt sistemi olacaq
Icma.az, Reyting.az saytına istinadən bildirir.
"xAI şirkəti" özünün "Grok 5" sistemi ilə ümumi süni intellektə (AGI) nail ola bilər. İş adamı, milyarder İlon Mask deyib ki, yaxın həftələr ərzində "Grok 5"-in sınaq təliminə start veriləcək.
Reyting.az bildirir ki, Mask bu açıqlamanı əsasən "Grok 4" üzərindəki "inqilabi çoxagentli sistem" yaradan tədqiqatçı-alim Ceremi Bermanın nailiyyətlərindən sonra vermək qərarına gəlib.
Məlumata görə, Berman "ARC-AGI" süni intellekt testlərində yeni rekordlara nail olmaqla, sübut edib ki, bu sistemin bazasını dağıtmadan da yenilik mümkündür və paralel şəkildə işləyən çoxsaylı modellər bir modelə uzun vaxt ayırmaqdan daha səmərəli, işlək ola bilər.
Mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə, paralel işləyən süni intellekt modelləri və "inqilabi çoxagentli sistem" yanaşması "Grok 5"-in inkişafında çox böyük dönüş nöqtəsi ola bilər.

Oqtay QORÇU

İlon Mask Grok 3 süni intellekt botunu istifadəyə verir
16 Fevral 2025 15:42
“Grok 3” istifadəyə verildi Süni intellekt söyüşlə cavab verir
09 İyul 2025 12:09
İlon Mask uşaqlar üçün Baby Grok adlı süni intellekt chatbotu hazırlayacaq
20 İyul 2025 13:21
Türkiyədə Grok süni intellekti bloklanıb
09 İyul 2025 17:52
İşlərinizi asanlaşdıracaq 5 süni intellekt proqramı
19 Dekabr 2024 10:02

