GSNP COP31 də yan tədbir təşkil edib

15.11.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


2026-cı il noyabrın 14-də Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan Pavilyonunda Qlobal Cənub QHT Platformasının təşkilatçılığı ilə "İqlim dəyişmələri arasında nəsillər: Qlobal Cənubda uşaqlar və gənclər üçün təhsil və bacarıqların inkişafında vətəndaş cəmiyyətinin rolu" mövzusunda yan tədbir keçirilib. Tədbirdə 30-dan çox ölkədən 50-dən artıq iştirakçı təmsil olunub.
Newscenter.az xəbər verir ki, panel GSNP-nin Baş katibi Fuad Kərimlinin moderatorluğu ilə keçirilib. GSNP Baş katibinin Sakit Okean hövzəsi üzrə müavini, UNESCO-nun Sülh Naminə Rəssamı Sesil Qvidote-Alvarez gənclərin iqlim dəyişmələri barədə maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.

HEAD-ın təsisçisi və icraçı direktoru və GSNP-nin Livandan olan nümayəndəsi Mari Tereza Seif strukturlaşdırılmış ətraf mühit və iqlim təhsili alan uşaqlar üçün uzunmüddətli perspektivlər barədə danışıb.
GSNP Baş katibinin Afrika bölgəsi üzrə müavini, PACJA-nın icraçı direktoru Mitika Mvenda Qlobal Cənub prioritetlərinin irəliləməsi üçün mühüm mərhələ kimi Efiopiyada COP32-nin strateji əhəmiyyətini vurğulayıb.
ZERO13-ün icaçı direktoru və GSNP üzvü Linkoln Teo genişləndirilə bilən iqlim həlləri barədə danışıb.
Panelin sonunda mövzu ətrafında suallar cavablandırılıb.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью