GSNP COP31 də yan tədbir təşkil edib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
2026-cı il noyabrın 14-də Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan Pavilyonunda Qlobal Cənub QHT Platformasının təşkilatçılığı ilə "İqlim dəyişmələri arasında nəsillər: Qlobal Cənubda uşaqlar və gənclər üçün təhsil və bacarıqların inkişafında vətəndaş cəmiyyətinin rolu" mövzusunda yan tədbir keçirilib. Tədbirdə 30-dan çox ölkədən 50-dən artıq iştirakçı təmsil olunub.
Newscenter.az xəbər verir ki, panel GSNP-nin Baş katibi Fuad Kərimlinin moderatorluğu ilə keçirilib. GSNP Baş katibinin Sakit Okean hövzəsi üzrə müavini, UNESCO-nun Sülh Naminə Rəssamı Sesil Qvidote-Alvarez gənclərin iqlim dəyişmələri barədə maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb.

HEAD-ın təsisçisi və icraçı direktoru və GSNP-nin Livandan olan nümayəndəsi Mari Tereza Seif strukturlaşdırılmış ətraf mühit və iqlim təhsili alan uşaqlar üçün uzunmüddətli perspektivlər barədə danışıb.
GSNP Baş katibinin Afrika bölgəsi üzrə müavini, PACJA-nın icraçı direktoru Mitika Mvenda Qlobal Cənub prioritetlərinin irəliləməsi üçün mühüm mərhələ kimi Efiopiyada COP32-nin strateji əhəmiyyətini vurğulayıb.
ZERO13-ün icaçı direktoru və GSNP üzvü Linkoln Teo genişləndirilə bilən iqlim həlləri barədə danışıb.
Panelin sonunda mövzu ətrafında suallar cavablandırılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanlı könüllülər COP31 də
11 Noyabr 2026 11:20
COP29da iqlim savadlılığı mövzusunda yan tədbir təşkil edilib
13 Noyabr 2024 10:38
GSNP BMT nin qlobal əməkdaşlıq şəbəkəsinə daxil olub
01 Sentyabr 2026 14:01
Leyla Əliyeva COP31 də FOTOLAR
11 Noyabr 2026 17:12
COP31 də müzakirələr davam edir
12 Noyabr 2026 12:34
Baxış sayı:42
Bu xəbər 15 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















