Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. “Güclü iradəyə, sağlam əqidəyə və xeyirxah əməllərə malik polad insan” – İmran Mehdiyevi ya
Bu yol cəsarət, zəhmət və peşəkarlıq prinsipləri üzərində qurulub.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinə və şəhərsalma ənənələrinə diqqəti bir daha artırır.
Azərbaycan şəhərlərinin, hər biri öz tarixi, mədəniyyəti və sənətkarlığı ilə fərqlənərək özünəməxsus bir inkişaf mərhələsi keçib və rəngarəng simaya malikdir.
Bu şəhərlər arasında qədim İpək Yolu üzərində yerləşən, bu gün isə Zəngəzur dəhlizi ilə strateji əhəmiyyət qazanan Ordubad xüsusi yer tutur.
Ordubad yüzillər boyu Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu mühüm ticarət, sənətkarlıq və elm mərkəzi olub.
Dünyanın ilk sivilizasiyalarından biri olan Gəmiqayanın yerləşdiyi bu torpaq Kiran karvansarayı, Cümə məscidi, Qeysəriyyə, Buzxana, XIX əsrə aid Məbəd və digər tarixi-memarlıq abidələri ilə qədimliklə müasirliyin harmoniyasını bu günə qədər yaşadır.
“Azərbaycanın inci Ordubad” məkanının insanları vətənpərvərlikləri, elmi nailiyyətləri, sənətkarlıq bacarıqları və ticarət sahəsindəki xüsusi istedadları ilə həmişə sayılıb-seçiliblər.