Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Güclü iradəyə, sağlam əqidəyə və xeyirxah əməllərə malik polad insan İmran Mehdiyev

Güclü iradəyə, sağlam əqidəyə və xeyirxah əməllərə malik polad insan İmran Mehdiyev

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

“Güclü iradəyə, sağlam əqidəyə və xeyirxah əməllərə malik polad insan” – İmran Mehdiyevi yaxından tanıyanların onun haqqında işlətdiyi bu sözlər, əslində, bütün bir ömür yolunun dəqiq təsviridir. Bu yol cəsarət, zəhmət və peşəkarlıq prinsipləri üzərində qurulub.

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinə və şəhərsalma ənənələrinə diqqəti bir daha artırır. Azərbaycan şəhərlərinin, hər biri öz tarixi, mədəniyyəti və sənətkarlığı ilə fərqlənərək özünəməxsus bir inkişaf mərhələsi keçib və rəngarəng simaya malikdir. Bu şəhərlər arasında qədim İpək Yolu üzərində yerləşən, bu gün isə Zəngəzur dəhlizi ilə strateji əhəmiyyət qazanan Ordubad xüsusi yer tutur.

Ordubad yüzillər boyu Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu mühüm ticarət, sənətkarlıq və elm mərkəzi olub. Dünyanın ilk sivilizasiyalarından biri olan Gəmiqayanın yerləşdiyi bu torpaq Kiran karvansarayı, Cümə məscidi, Qeysəriyyə, Buzxana, XIX əsrə aid Məbəd və digər tarixi-memarlıq abidələri ilə qədimliklə müasirliyin harmoniyasını bu günə qədər yaşadır. “Azərbaycanın inci Ordubad” məkanının insanları vətənpərvərlikləri, elmi nailiyyətləri, sənətkarlıq bacarıqları və ticarət sahəsindəki xüsusi istedadları ilə həmişə sayılıb-seçiliblər.

Məhz belə zəngin tarixi-mədəni mühitdə, Ordubadın Anbaras məhəlləsində 1936-cı il yanvarın 21-də görkəmli ictimai-siyasi və dövlət xadimi, tanınmış alim, memar-inşaatçı İmran Əzim oğlu Mehdiyev dünyaya göz açıb. O, böyük maarifçi Məmməd Tağı Sidqinin adını daşıyan 1 nömrəli Ordubad tam orta məktəbində təhsil alıb. Zəhmətkeş, dürüst və xeyirxah ailədə böyüməsi onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Atasından prinsipiallıq və dəqiqlik, anasından sədaqət, mərhəmət və insanpərvərlik kimi keyfiyyətlər mənimsəyib. Bu xüsusiyyətlər onun elmi və dövlətçilik fəaliyyətinin əsas dayaqları olub. 

Müxtəlif dövrlərdə Azərbaycan SSR Nazirlər Sovetində, Bakı Mərmər Məmulatları Zavodunda məsul vəzifələrdə çalışıb. 1962-1963 və 1968-1971-ci illərdə Nazirlər Sovetinin Tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent, 1971-1976-cı illərdə zavod direktoru olub. 1976-79-cu illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinin birinci müavini, 1979-1982-ci illərdə isə sədr vəzifəsində xidmət edib. 1982-1983-cü illərdə Azərbaycan SSR Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini, 1983-1989-cu illərdə isə Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi işləyib. 1991-1999-cu illərdə Sənaye tikinti materialları nazirinin birinci müavini, “Azərsənayetikinti” Dövlət Konserninin birinci vitse-prezidenti vəzifələrində çalışıb. 
1998-2000-ci illərdə Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin, 2000-2008-ci illərdə isə mərkəzi icra hakimiyyəti orqanına çevrilən Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru olub. 

İmran Mehdiyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin məsləkdaşı, əqidədaşı və silahdaşı kimi tanınıb. Hətta 80-ci illərin sonlarında Moskvada doktorluq araşdırması apardığı zaman Dahi Öndər Heydər Əliyevi tez-tez ziyarət etməyi özünə borc hesab edərək, onunla baş verən hadisələri və Azərbaycanda prosesləri müzakirə etdiyini də söyləyərdi.

Azərbaycanın müstəqilliyinin ilk illərində milli dövlət quruculuğunda əzm və iradə nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının yaranması, formalaşması və möhkəmlənməsində fəal iştirak edib, çətin vaxtlarda mövqeyi, sədaqəti və prinsipiallığı ilə örnək olub. Ordubad Rayon Təşkilatının yaradılmasında birbaşa iştirak edən təşəbbüskar ziyalılardan biri kimi yadda qalıb. Təsis heyətinin üzvləri arasında Məmməd və Hüseyn Babayev qardaşları, Mirzə Əsgərli, Vaqif Mirzəyev, Mehrac Əliyev, Ədalət Quliyev, Miryusif Miratayev və digərləri olub. 

Onun müasir Azərbaycan Respubliksının milli qurtuluşu, ictimai-siyasi sabitliyi və sosial-iqtisadi dirçəlişində yeri və rolu danılmazdır. Təbii ki, həmin xidmətlər Ümummilli lider tərəfindən yüksək qiymətləndirilib. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında”Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1999-cu il 1 iyul tarixində imzalanmış 147 nömrəli Fərmana əsasən Satınalmalar üzrə Dövlət Agentliyinin statusu dəyişdirilərək mərkəzi icra hakimiyyəti orqanı kimi müəyyən edilmişdir. 2000-ci il 3 aprel tarixində isə Dövlət Başçısı Heydər Əliyev tərəfindən İ.Ə.Mehdiyevin Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilməsi haqqında Sərəncam imzalanmışdır. Bu təyinat, İmran Mehdiyevin təcrübəsinin, etibar, bilik və bacarığının yüksək qiymətləndirilməsi, ona göstərilən etimad və inamın aydın göstəricisi olub. 

2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni formalaşan Nazirlər kabinetində yer almış və həmin vəzifəyə təyin edilib.

2008-ci ildə Dövlət Başçısı ona göstərdiyi qüsursuz xidmətlərə görə şəxsən təşəkkürünü bildirmiş və uzunmüddətli, səmərəli fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulanıb.

Azərbaycanın tanınmış dövlət xadimi idarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedaqoji fəaliyyəti də diqqətəlayiqdir. Üç monoqrafiya, üç dərslik və 90-dan artıq elmi məqalənin müəllifi olan alim Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində professor kimi gənc kadrlar yetişdirib. Almaniyanın universitetlərində etdiyi məruzələr və verdiyi mühazirələr onun beynəlxalq nüfuzundan xəbər verir. Fəaliyyəti dövründə bir sıra yüksək mükafatlara layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni, iki dəfə “Şərəf Nişanı” ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. İmran Mehdiyev iqtisad elmləri doktoru, professor kimi yüksək zirvələrə ucalmış, Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının, Azərbaycan Memarlar İttifaqının üzvü seçilib.

Vətəninə sədaqətlə xidmət etmiş örnək şəxsiyyət – Azərbaycanın, xüsusilə Naxçıvanın tanınmış alimlərdən biri olan professor-doktor İmran Mehdiyev Vətəninə, elinə, obasına bağlı bir ziyalı kimi seçilmiş və sevilmişdir. Məhz Ordubad ictimaiyyətinin birliyini ifadə etdirən – 1991-ci ildə Azərbaycanın böyük mütəfəkkiri Nəsirəddin Tusinin adını daşıyan “Tusi” Xeyriyyə Cəmiyyətinin yaradılmasına dəstək göstərməklə onun adının yaşadılmasına və elmi xidmətlərinin yeni nəsillərə çatdırılması işinə böyük töhfələr vermişdir. Onun fəaliyyəti və həyatı, həm də müasir dövrün intellektual və ictimai inkişafına yaradıcı təsirləri baxımından əhəmiyyətlidir. 

İmran Mehdiyev ailə dəyərlərinə də sadiq qalaraq övladlarını vətəndaşlıq məsuliyyəti ilə yanaşı, Vətənə dərin bağlılıq və yüksək əxlaqi prinsiplərlə tərbiyə etmişdir. O, həmçinin öz övladlarına, çağdaş dövrün tələblərinə uyğun universal təhsil vermiş, onları fəal və məsuliyyətli vətəndaşlar kimi yetişdirmişdir. Bu gün onun üç oğlu Azərbaycanın elmi və ictimai həyatında fəallıq göstərir, hər biri öz sahələrində ciddi töhfələr verərək, sosial inkişafa yönəlmiş mühüm təşəbbüslər həyata keçirirlər. 

İmran Mehdiyevin ailə tərbiyəsi, cəmiyyətin gələcəyinə yönəlmiş vəzifələrinə dərin hörmətin və mədəniyyətin bir nümunəsidir. Ailə, Vətən məsələlərində isə özünəməxsus əxlaqi dəyərlər və təmənnasız xidmət nümayiş etdirən İmran Mehdiyev 10 mart 2023-cü ildə Bakıda vəfat edib.

Bir sözlə, cəsarət, zəhmət və peşəkarlığın vəhdətində formalaşmış, müdrik baxışı, ziyalı duruşu ilə seçilən İmran Mehdiyev ömrü gələcək nəsillər üçün örnək olacaq, yaddaşlarda xeyirxahlıq nümunəsi kimi qalaraq insanların mənəvi dünyasında iz qoyacaq, onun əziz xatirəsi isə əzizlərinin, onu tanıyanların qəlbində daim yaşayacaq.

Yəhya Babanlı,

“Tusi” Xeyriyyə Cəmiyyəti 

İdarə Heyətinin sədri, t.ü.f.d.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri