Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında çıxış edən deputat, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev öncə hər kəsi Azərbaycanda parlamentarizmin yaranmasının 106-cı ildönümü münasibətliə təbrik edib.
Sfera.az-ın xəbərinə görə, o bildirib: “Belə bir əlamətdar gündə sevincimizi bizimlə bölüşməyə gəlmiş qonaqlarımızın hər birinə sədri olduğum Ədalət, Hüquq, Demokratiya Partiyası adınadan öz dərin minnətdarlığımı bildirirəm.
Rusiya imperiyasının çöküşü və Zaqafqaziya Seyminin dağılması ilə yaranmış əlverişli tarixi şəraitdən istifadə edən xalqımızın qəhrəman, vətənpərvər və istedadlı övladları millətimizin gələcəyinə görə məsuliyyətlərini dərk edərək 1918-ci il may ayının 28-də islam dünyasında ilk respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdilər.
7 dekabr 1918-ci ildə ilk iclasını keçirən Azərbaycan dövlətinin parlamenti çoxpartiyalılıq əsasında və ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərindən təşkil olundu.
17 aylıq fəaliyyəti dövründə 11 fraksiyadan ibarət parlament 130 iclas keçirib, 230 qanun qəbul edib, vətəndaş azadlıqlarının, qanunun aliliyinin təmin olduğu hüquqi-demokratik dövlət quruculuğu istiqamətində tarixi qərarlar qəbul edib.
Şərqdə ilk dəfə qadınların seçmək və seçilmək hüququ tanıyıb.
Parlamentin 130 iclasdan ikisi böyük tarixi hadisələrin ildönümünə həsr olunub - biri Azərbaycan İstiqlalının birinci ildönümü münasibətilə 28 may 1919-cu ildə, ikincisi isə Nuru Paşanın rəhbərliyi, türk qardaşlarımızın dəstəyi ilə Bakının azad edilməsinin birinci ildönümü münasibətilə 15 sentyabr 1919-cu ildə keçirilib.