Icma.az
close
up
RU
Güclü parlament vətəndaş azadlığıdır, rifahdır, sülhdür!

Güclü parlament vətəndaş azadlığıdır, rifahdır, sülhdür!

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında çıxış edən deputat, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev öncə hər kəsi Azərbaycanda parlamentarizmin yaranmasının 106-cı ildönümü münasibətliə təbrik edib.

Sfera.az-ın xəbərinə görə, o bildirib:

“Belə bir əlamətdar gündə sevincimizi bizimlə bölüşməyə gəlmiş qonaqlarımızın hər birinə sədri olduğum Ədalət, Hüquq, Demokratiya Partiyası adınadan öz dərin minnətdarlığımı bildirirəm.

Rusiya imperiyasının çöküşü və Zaqafqaziya Seyminin dağılması ilə yaranmış əlverişli tarixi şəraitdən istifadə edən xalqımızın qəhrəman, vətənpərvər və istedadlı övladları millətimizin gələcəyinə görə məsuliyyətlərini dərk edərək 1918-ci il may ayının 28-də islam dünyasında ilk respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etdilər.

7 dekabr 1918-ci ildə ilk iclasını keçirən Azərbaycan dövlətinin parlamenti çoxpartiyalılıq əsasında və ölkəmizdə yaşayan bütün xalqların təmsilçilərindən təşkil olundu. 17 aylıq fəaliyyəti dövründə 11 fraksiyadan ibarət parlament 130 iclas keçirib, 230 qanun qəbul edib, vətəndaş azadlıqlarının, qanunun aliliyinin təmin olduğu hüquqi-demokratik dövlət quruculuğu istiqamətində tarixi qərarlar qəbul edib.

Şərqdə ilk dəfə qadınların seçmək və seçilmək hüququ tanıyıb.

Parlamentin 130 iclasdan ikisi böyük tarixi hadisələrin ildönümünə həsr olunub - biri Azərbaycan İstiqlalının birinci ildönümü münasibətilə 28 may 1919-cu ildə, ikincisi isə Nuru Paşanın rəhbərliyi, türk qardaşlarımızın dəstəyi ilə Bakının azad edilməsinin birinci ildönümü münasibətilə 15 sentyabr 1919-cu ildə keçirilib. Hər iki tarixi hadisənin baş verməsində iştirak edib, həyatlarını bu yolda qurban vermiş və həmin tarixi hadisələrə düzgün qiymət verməyi bacarmış soydaşlarımızı böyük hörmət və ehtiramla anır, onların ruhları qarşısında baş əyirəm.

Parlamentli respublika qısa bir müddətdə ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparırdı.

Təhsilin inkişafına xüsusi diqqət yetirən parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul edib, hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edib. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Rəsulzadə parlament haqqında deyirdi: Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü”.

Qüdrət Həsənquliyev daha sonra qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti mühasirə şəraitində keçirdiyi 27 aprel 1920-ci il tarixli son iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı, müstəqilliyin qorunması şərtilə hakimiyyəti kommunistlərə təhvil verdi:

“Lakin işğalçı Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Sovet hakimiyyəti illərində də Azərbaycan məhdud səlahiyyətli dövlətçilik və parlamentarizm ənənələrini yaşatdı.

20-ci əsrin sonlarında Qarabağda baş qaldırmış etnik separatizmə qarşı xalqımız AXC-nin timsalında Elçibəyin liderliyi ilə Milli Azadlıq Hərakatını yaratdı və 1991-ci ildə ilk əlverişli beynəlxalq şərait yaranan kimi dövlət müstəqilliyimizi bərpa etdik. Lakin çətin və mürəkkəb tarixi şəraitdə torpaqlarımızı itirdik, dövlətçiliyimizi yenidən itirmək təhlükəsi ilə üzləşdik. Yaranmış təhlükəni görən prezident Elçibəy xalqın etimad göstərdiyi, böyük dövlət adamı Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

Parlamentin sədri kimi fəaliyyətə başlayan Heydər Əliyev dövlətçiliyimiz xilas, onun varisi kimi İlham Əliyev isə qardaş Türkiyənin və müttəfiqlərimizin dəstəyi ilə Qarabağımızı, torpaqlarımızı işğaldan azad etdi, bütün ərazimizdə sövlət suverenliyini bərpa etdi, etnik separatizmə birdəfəlik son qoydu. Bu gün müstəqil dövlətimizin banisi Rəsulzadəyə, müstəqilliyimizin bərpa olunmasında müstəsna xidməti olmuş Milli Azadlıq Hərakatının lideri Elçibəyə və dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuş Heydər Əliyevə Allahdan rəhmət diləyir, İlham Əliyevə güclü iqtisadiyyat, demokratik və hüquqi dövlət quruculuğunda uğurlar arzulayıram”.

Deputat deyib ki, bu gün də Azərbaycan parlamenti Prezident və Silahlı Qüvvələrimizlə birlikdə müstəqilliyimizin əsas təminatçılarından biridir:

“Milli Məclisə ölkəmizin xoşbəxt gələcəyi naminə hüquqi dövlət və mülki cəmiyyət quruculuğunda mətanət və böyük başarılar arzu edir, sonda bir təşəbbüslə çıxış etmək istəyirəm. Azərbaycan parlamentinin ilk iclasının keçirildiyi bina indi Elmlər Akademiyasının balansındadır. Həmin bina Azərbaycan Parlamentarizm Tarixi Muzeyinə çevrilməli, orda parlamentarizm tariximizə dair sənədlər, sənədli filmlər nümayiş etdirilməli, müasir parlamentarizmin aktual problemlərinə həsr olunmuş müxtəlif konfranslar keçirilməli, tarix və müasirlik mövzusunda seminarlar təşkil olunmalıdır.

Ümid edirəm, hökumətimiz və Milli Məclis rəhbərliyi bu məsələyə diqqət yetirəcək. Çünki dünyanın əksər ölkələrində belə muzeylər mövcuddur. Güclü parlament vətəndaş azadlığıdır, rifahdır, sülhdür! Allah müstəqilliyimizi dönməz etsin, xalqımızı qorusun!”

(Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri