Güclü yağışlar Meksikanı cənginə aldı: Ölənlər və itkinlər var

14.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Meksikada güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

“Yeni Sabah” xəbər verir ki, buna Simon qasırğası və Reyçel tropik fırtınasının yaratdığı güclü yağışlar səbəb olub. Hadisələr Gerrero bölgəsində və Aşağı Kaliforniya ştatının Ensenada şəhərində baş verib. İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, birinci kateqoriyalı Simon qasırğası güclənərək Nayarit və Sinaloa ştatlarında güclü yağışlara səbəb olub. Rəsmilər çaylarda suyun səviyyəsinin qalxması və daşqın təhlükəsi ilə əlaqədar qabaqlayıcı tədbirləri gücləndiriblər. pizza mizza

Ensenada şəhərində, El Pipila çayının ətrafında aparılan axtarış-xilasetmə işlərinə təxminən 300 hərbçi cəlb olunub. Daşqınlar nəticəsində çoxlu sayda avtomobilə və evə ziyan dəyib.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью