Güclü yağışlar Meksikanı cənginə aldı: Ölənlər və itkinlər var
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Meksikada güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.
“Yeni Sabah” xəbər verir ki, buna Simon qasırğası və Reyçel tropik fırtınasının yaratdığı güclü yağışlar səbəb olub. Hadisələr Gerrero bölgəsində və Aşağı Kaliforniya ştatının Ensenada şəhərində baş verib. İtkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, birinci kateqoriyalı Simon qasırğası güclənərək Nayarit və Sinaloa ştatlarında güclü yağışlara səbəb olub. Rəsmilər çaylarda suyun səviyyəsinin qalxması və daşqın təhlükəsi ilə əlaqədar qabaqlayıcı tədbirləri gücləndiriblər. pizza mizza
Ensenada şəhərində, El Pipila çayının ətrafında aparılan axtarış-xilasetmə işlərinə təxminən 300 hərbçi cəlb olunub. Daşqınlar nəticəsində çoxlu sayda avtomobilə və evə ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















