Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışda medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək.
Çempionatı yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət olunan referilər idarə edəcək.
İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək.
İlkin görüşlər hər gün 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək. Arenaya giriş sərbəstdir.
Qeyd edək ki, Azərbaycan çempionatının final görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.